Sabiq nazir müavini və oğlunun 93 min manat borcu var - Ali Məhkəmədə də uduzdular
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası "Dəmirbank" ASC və keçmiş Nəqliyyat nazirinin müavini Arif Əsgərovla bağlı iddaya baxıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Dəmirbank" ASC Arif Əsgərov və oğlu Elnar Əsgərova qarşı kredit müqaviləsi üzrə mübahisələrlə bağlı iddia qaldırıb. Məhkəmə kassasiya şikayətini təmin edilmədən, qətnaməni isə dəyişdirmədən saxlayıb.
Qeyd edək ki, 2004-2015-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2015-ci ilin fevralından 2017-ci ilin fevralına (nazirlik ləğv olunana qədər) qədər Nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərov və oğlu Elnar Əsgərov bank kreditinin ödənilməməsinə görə məhkəməyə verilib. Məhkəmə ata-oğul əsgərovlardan müştərək qaydada 92 min 622 dollar tutulması barədə qərar çıxarıb. Sabiq nazir müavini və oğlunu məhkəməyə bir müddət əvvəl lisenziyası ləğv olunmuş "Dəmirbank" verib.
Əsgərovlar Binəqədi Rayon Məhkəməsinə çağrılsalar da, getməyiblər. Ona görə də barələrində qiyabi qətnamə çıxarılıb. Qərar çıxarılandan sonra isə Arif və Elnar əsgərovlar şikayət veriblər ki, bu işə Binəqədi Rayon Məhkəməsində yox, İnzibati-İqtisadi Məhkəmədə baxılmalıydı. Ancaq onların bu vəsatəti təmin olunmayıb.
Qərardan verilən apellyasiya və kassasiya şikayətləri də nəticəsiz qalıb. Bankdan krediti 2015-ci ilin noyabrında Elnar Əsgərov götürüb, atası isə zaminlik edib. Ona görə də bank Elnar Əsgərovla yanaşı, sabiq nazir müavinini də məhkəməyə verib.
Əsgərovlar ailəsinin adı bundan öncə də dəfələrlə müxtəlif qalmaqallarda hallanıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 2896 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY
Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai
17:08 138 Azərbaycanda yeni telekanal açıldı - FOTO
Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Azərtac-a istinadən bildirir ki, tədbirdə İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 20
12:04 829 Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb FHN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB
Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -in sorğusuna cavab olaraq bildirilib. "Yaxınlıqda dayanan "Scania" markalı yük avtomobilini
10:09 449 Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə
20:13 0 Sabah 23° isti olacaq - Hava proqnozu
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur
12:47 220 Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"
20:18 0 Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili
12:39 92 Səkinə təcili əməliyyat edilməlidir
2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl
14:01 509 İbtidai siniflər üçün 5 günlük tətil başladı
Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum
10:49 233