"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏHər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlükə ilə də qarşılaşırlar. Fotoqrafiya sənətinin maraqlı və çətin tərəflərini fotoqraf Kelvin Qasımovla müsahibəmizdə müzakirə etmişik.

BiG.AZ sözügedən müsahibəni təqdim edir:

Fotoqraflıq fəaliyyətiniz barədə danışaq. Neçə ildir bu işlə məşğulsunuz?

12 ildir ki. fotoqraflıqla məşğulam. Fotoqraflığa həvəsim uşaqlıq illərindəndir. Amma sırf bu işə başlamağım 2008-ci ildən olub.

"Heyvanları qoruyaq" adlı layihə insanlarla heyvanların sevgisini təcəssüm etdirir. Bu foto-layihə haqqında danışaq...

Bəli, bu layihə heyvanlara sevgi layihəsi idi. Son günlərdə Avstraliyada 1 milyarda yaxın heyvanın tələf olması bizi sarsıtdı. Ona görə də mən bu layihəni reallaşdırmaq qərarına gəldim. Amma buna uyğun xanım axtarışında idim. Uzun axtarışdan sonra Səbinə Məhərrəmova adlı fitnes məşqçisi ilə tanış oldum. Ona bu layihə haqqında danışdım. Cavabında çox sevindi və tezliklə məsələyə başlamağımızı xahiş etdi. Biz də Rusiyadakı partnyorlarımızla əlaqə saxlayıb bu heyvanları bizim üçün təşkil etmələrini xahiş etdik. Əslində orada ayı və pələng kimi yırtıcılar da var idi. Amma biz buna risk edə bilmədik.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏÇəkliş zamanı təhlükəli anlar yaşadınızmı?

Çəkiliş zamanı çətinliklər əlbəttə ki, olur. O heyvanların hər biri ayrı-ayrı şəhərlərdən göndərilmişdilər. Çəkiliş iki gün oldu. Hava çox soyuq idi. Əllərimiz buz bağlamışdı. Heyvanlarla çəkiliş çox çətin oldu. Hətta gözlədiyimizdən də çətin məqamlarla qarşılaşdıq. Məsələn, tülkü bizim videoqrafımızın əlini dişlədi. Ümumiyyətlə yırtıcı heyvanlarla 20 dəqiqədən artıq işləməyin asan olmadığını bizə demişdilər. Bizim isə tülküdən o qədər xoşumuz gəldi ki, bir az çox çəkmək istədik. Məsələn, ən narahat heyvanlardan biri də maral idi. Kənardan sakit görünsə də, əslində elə deyildi. Əhilləşdirilməmiş maral idi. Maral buynuzu ilə çevriləndə hamımızı yıxırdı. Ona görə maral ilə çəkilən 900 ədəd şəkildən cəmi 2-3-ü alındı.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ Bu sahədə hansı nailiyyətləriniz var?

Bir çox beynəlxalq sərgilər və konkurslarda qalib olmuşam. Yəni, uğurum tək ölkə daxilində deyil. Ondan kənarlarda da olur. Hazırda da məqsədim ölkənin sərhədlərini aşıb orada Azərbaycanı təmsil etməkdir.

İndi demək olar gənclərin bir çoxu fotoqraflıqla məşğul olur. Sosial şəbəkəllərdə qarşımıza çıxan hər beş nəfərdən biri fotoqrafdır. Fotoaparat alan hər kəs şəkil çəkir. Buna səbəb nədir? Gəlirli işdir ya necə?

Əslində hamının fotoqrafiya ilə məşğul olmağı müsbət haldır. Amma çox təəssüf edirəm ki, bizim cəmiyyətimizdə çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur. Ona görə də 2 ildən artıq heç kim məşğul olmur. İldən-ilə bu rəqəm 4-5 dəfə artır. Yəni, hamının məqsədində pul qazanmaqdır. Yaradıcılıq məqsədi ilə bu işə yanaşmırlar. Fotoqrafiya da elə sahələrdəndir ki, əgər daimi olaraq, sevərək iş görməyəcəksənsə, bu sənət bir gün səndən küsüb gedəcək. Başa düşürəm, pul qazanmaq da lazımdır. Amma şəxsən mən bu sənəti pula görə seçməmişdim. İnsan əziyyət çəkir öyrənir, işləyir, yaradır. Sonra isə fotoqrafiya ona bəhrəsini verir.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏFotoqraflığın xüsusi qaydaları varmı? Yəni sən bunları bilsən yaxşı fotolar çəkə bilərsən..

Fotoqrafiya yeganə sənətdir ki, orada qaydaları əvvəlcə öyrənməlisən və sonra bildiyin bütün qaydaları pozmalısan. Yəni, təyin olunan bütün sərhədləri aşmalısan, improvizə etməlisən. Qaydalara uymamalısan. Sadəcə özün üçün yaratmalısan. Heç bir qayda tanımamalısan.

Son 8 ildə toy çəkilişləri etdiyinizi bildirdiniz. Sizə görə fotoqraflığın hansı janrı daha gəlirli və asandır?

Bəli, mən 1000-dən çox toy reportajı etmişəm. Bakının demək olar 40-50 faiz ilə çalışmışam. Bütün xoşbəxt ailələri tanıyıram. Fotoqrafiyanın asan janrı yoxdur. Hansını sevirsənsə, o da sənin üçün asan olur. Hansını sevmirsənsə, o da çətin.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏYaxın gələcəkdə nə kimi layihələri həyata keçirməyi düşünürsünüz?

Yaxın gələcəkdə 5-6 ölkədə layihələrim olacaq. Amma hələki bunu sirr kimi saxlamaq istəyirəm ki, işimə enerjim bol olsun. İşə başlayan kimi mütləq sizə xəbər edəcəm.

Son olaraq diqqətimi çəkən bir məsələyə toxunmaq istəyirəm. Bilirəm ki, bu oxucular üçün də maraqlıdır. Niyə Kelvin?

Düzünü desəm 10 ildən çoxdur ki, məni belə çağırır, müraciət edirlər. Adım Elvindir. Amma adımı demək olar ki, heç kim belə çağırmır. Kelvin fotoqrafiyada temperatur adıdır. Tez-tez fotoqrafların işlətdiyi sözdür.

Səmimi müsahibəyə görə təşəkkür edirəm.

Mən də sizə diqqət və dəyərinizə görə təşəkkür edirəm.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5023   Tarix: 12 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116