Ekspert: "İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi"

Ekspert: "İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi"Dünən Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda işıqforların fəaliyyətində fasilə yarandı. Fasilə yaranan zaman Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) əməkdaşları dərhal müdaxilə edərək sürücülərə yolayrıcını keçməkdə köməklik göstəriblər.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı sözügedən hadisə ilə bağlı Qaynarinfo-ya münasibət bildirərkən DYP və BNA işçilərinə operativ müdaxiləyə görə təşəkkürünü ünvanlayıb:

"Belə hallar sürücülər və piyadalar üçün bir az çətinlik yaradır. Əslində belə bir çətinlik yaratmamalıdır. Çünki yol hərəkəti iştirakçıları işıqfor işləyib-işləmədikdə nə kimi addım atmalı olduqlarını bilməlidirlər. Hər bir yol hərəkəti iştirakçısı işıqforla nizamlanan yollarda necə hərəkət edildiyini, işıqfor işləmədikdə sürücünün nə etməli olduğunu, hansı tərəfin digərinə yol verməli olduğunu bilməlidir. Amma təəssüf ki, bizdə bəzi sürüclərin bu məsələdən tam anlayışı olmadığına görə, işıqforlar işləməyəndə dərhal yollarda xaotik vəziyyət yaranır. Yaxşı ki, BNA, eləcə də Dövlət Yol Polisi (DYP) dərhal məsələyə müdaxilə elədi. Bununla bağlı yayılan videogörüntülərdən də gördük ki, onlar elə əliyalın da olsa, yolayrıclarında xidmət apardılar, insanlara yol göstərdilər, sürücülərin əziyyət çəkməməsi üçün əllərindən gələni etdilər. Bu, yaxşı bir haldır. Eyni zamanda yol polisinin də bu istiqamətdə fəaliyyətini qeyd etmək lazımdır. Bu qurumların birgə işləməsi çox gözəldir. Belə olduqda çox yaxşı nəticə əldə olunur. Dünən gördük ki, heç birt narazılıq olmadı, yol nəqliyyat hadisəsi baş vermədi, saatlarla tıxac yaranmadı, avtobuslar yollarda qalmadı və hər iki qurum gözəl bir nəticə ortaya qoydu. Mən hər iki qurumun əməkdaşlarına təşəkkür edirəm ki, hadisəyə dərhal reaksiya verdilər və belə bir operativlik göstərdilər".

"Düşünürəm ki, gələcəkdə bu işıqforların iş rejimi ilə bağlı hansısa bir baza formalaşdırılmalıdır ki, işıq sönəndə işıqforlar avtomatik həmin ehtiyat bazaya keçsin və hər hansı problem yaşanmasın. Əsas elektrik xəttindən əlavə köməkçi bir xətt və ya cihazlar olmalıdır. Çünki işıq sönməsi çox qısa müddətdə baş verir və işıq sönüb-yanarkən o qısa qapanma nəticəsində bəzi işıqforların iş rejimi pozulur. Ona görə də əlavə bir köməkçi sistem tətbiq olunsa işıqforlar heç vaxt sönməz və yolayrıclarında da problemlər yaşanmaz", - deyə E.Muradlı əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1117   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 175
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 103
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 121
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 128
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 178
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 260