"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏBiG.AZ tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:

Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?

Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətdə çəkinmədən adını çəkərək fəxrlə deyirəm ki, bu insan mənə kömək etdi, cibimə pul qoydu. İdman sahəsinə ilk olaraq, "Olimpik star"da başladım. Həm məkan məni tanıtdı, həm də mən məkanı tanıtdım. İlk dəfə aparıcılar Vüsalə Əlizadə ilə Azərin verlişində tamaşaçıları qarşısına çıxdım. İşlədiyim məkan həmin verilişin sponsoru idi. Mən də fitness zalda məşqçi kimi fəaliyyət göstərirdim. Efirə verilməli çox şey olduğu üçün cəmi 3-5 saniyəlik kardrda məni verirdilər. Uşaq kimi elə sevinirdim ki, rayondakı bütün qohumlara zəng edib deyirdim ki, mənə baxsınlar. Hamı da mənə uğurlar arzu edirdi. Əslində orda sadəcə bir-iki kadırda olurdum. (gülür). İlk dəfə, aparıcı Samir Bayramlı ilə tanış olduq. Oturduq, söhbətləşdik. Onun da həmin vaxtlar "Bizdən sizə" verilişi var idi. Məşhurları gətirirdi, həmin zalda məşq elətdirirdi, maraqlı süjet yayımlanırdı. Daha sonra isə, "Səhər" verilişinin aparıcısı Anarla tanış oldum. O da səhər-səhər məni çəkib efirə verirdi. Belə-belə Kamil Zeynallı tanınmağa başladı. Tanınmağımda başlıca rolu isə Toppuş bacının, əməkdar artist Tünzalə Əliyevanın böyük rolu olub. Gəldi mənim yanıma arıqlamağa. 1 aya pəhrizlə yanaşı 67 kilo çəki atmışdı. 173 kilodan 106 kiloya düşmüşdü. Hər zaman da efirdə mənim adımı və dietoloqunun adını qeyd edirdi. Efirə dəvətlərim artmağa başlamışdı.

Adınız həmişə qalmaqallarda hallanır. Hər açıqlamanız səs-küy yaradır. Bu nədən irəli gəlir?

Deyirlər ki, pozğunluq artır, üzr istəyirəm, fahişəlik artır. Bilirsiz, bunun 80%-i o sosial şəbəkədə ona-buna söyüş yazmağa başı qarışan adamların ailəsidir. Onlar o diqqəti öz ailəsinə yönəltsə, bunun qarşısı alınar. Bu qədər adamları söyürəm, bir dənəsi çıxıb üzbəüz gəlmir. Əsl qeyrətli kişi kiməsə söyüş yazmaz. Mənim də çox adamdan xoşum gəlmir, bu o demək deyil ki, təhqir etməliyəm, söyüş yazmalıyam. Nə eləmişəmsə yaxşı eləmişəm, əcəb eləmişəm. Bu sözlərim bəzi insanları qıcıqlandırır deyə, yenə də deyirəm əcəb eləmişəm. Allah can sağlığı versin, yenə eləyəcəm.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏHəyat yoldaşınız kifayət qədər məhşurdur və tanınır. Lakin siz həmişə ailənizi mediadan uzaq tutmağa çalışmısınız. Məsələn, instaqram səhifənizdə birlikdə şəkliniz yoxdur. Səbəb nədir?

Ailəmin şəklini paylaşmağı sevmirəm. Ümumiyyətlə, mən belə şeyləri xoşlamıram. Mənim xarakterimdən uzaq bir şeydir. Lazım olanda bir neçə dəfə paylaşmışam. O da qızımız məktəbə gedəndə idi. Paylaşdım və yazdım ki, hamıdan üzr istəyirəm. Ailəmin şəklini paylaşdığım üçün. Bu gündən hamıya qismət olsun. Allah hər kəsin balasını saxlasın. Tez-tez paylaşmağa nə ehtiyac var ki? Onsuzda hamı Gülay xanımı tanıyır. Bizim ailəli olduğumuzu da bilirlər.

Tez-tez boşanmağınızla bağlı xəbərlər yayılır. Bunu kim və niyə edir?

Məni gözü götürməyən, paxıllığımı çəkən çoxdur. Haqqımda çox dedi-qodu edirlər. Bilmirəm niyə məni qarabaqara izləyirlər və gözdən salmaq istəyirlər.Amma onların haqqımda mənfi fikir deməsi mənim üçün önəmli deyil. Bu xəbərlərin çıxmasını da ancaq gözügötürməməzlik kimi dəyərləndirirəm. Haqqımda nə gəldi danışırlar. Kamil göylə gedir, Kamil özündən razıdır. Mən göylə getmirəm. Mən Allahla gedirəm. Mən həbsə düşəndə o qədər insan sevindi ki, elə bil erməniyəm. Çıxandan sonra şərhləri oxuyurdum dəhşətə gəlirdim. Mən heç vaxt istəmərəm kiminsə başına pis bir hadisə gəlsin. Lap düşmənim də olsa. Mənim tutulmağımın kimə faydası var ? Niyə sevinirlər? Mən də bir ananın övladıyam. Anam məni əziyyətlə böyüdüb. Mən yenə eyni Kamiləm. Həmişə kasıbın və yaxşı insanların yanındayam.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏÇoxları sizi sərt və aqressiv biri kimi tanıyır. Bu haqda nə deyə bilərsiniz?

Dərindən düşünəndə, Kamilin ünvanına deyilən bəzi təhqirləri özünə hörmət edən heç kim qəbul etməz. Axı, sənin ailəni, valideynlərini kim təhqir etsə, sən də aqressivləşərsəndə. Sadəcə mən gündəmdə olduğum üçün atdığım hər addım, dediyim hər söz şişirdilir. Əslində normal hər insan mənim əsəbləşdiyim məsələlərə aqressiv yanaşar. Kamil söyüş söyəndə elə reaksiya verirlər ki, sanki bunlar heç vaxt söyüş və təhqir eşitməyiblər. Elə bil mələk olub qanadla göydən yerə eniblər. Mənim durduğum yerdə heç kimlə işim olmaz. İnsan nə qədər anormal olar ki, onunla işi olmayan birini söysün? Yəni mən o qədər düşüncəsizəm? İndiyə kimi heç bir hərəkətimə görə peşman olmamışam. Əksinə deyirəm ki, az etmişəm, gərək çox söyərdim.

İnstaqramda reklam postunu neçiyə paylaşırsınız?

1000, 2000,3000...baxırda. Özüm çəkildiyim reklam postları üçün 2000-3000 olur. Həm də baxıram ki, məkanın gəliri necədir? İmkanı nəyə çatır? Səviyyəsi nədir? Ona uyğun qiymət deyirəm.

Sizə həm də pis günün dostu deyə bilərik? Çünki, dəfələrlə dostlarınıza görə problem yaşamısınız və hətta həbs həyatı da yaşamısınız

Əlbəttə, dost dar gündə tanınar. Mən onların hər vəziyyətlərində yanlarındayam. Ola bilər xoş günlərində iştirak edə bilmiyim. Amma nəsə problemli vəziyyət olduqda mütləq gedirəm. Baxmıram ki, kasıbdır ya varlıdır. Əsas odur kişidir. O qədər olur ki, gedib oturub yeyirik-içirik nə olsun ki? İnsanlar dar gündə tanınır. Üzümə gülüb dalımca danışanlar o qədər çoxdur ki, bildiyim anda özümdən uzaqlaşdırmışam. Özlərini qızların yanında yaxşı göstərmək üçün "Kamil kimdir ki, çox yaxşı tanıyıram, o elədir, o belədir" deyirlər.

Həbsdə olduğunuz müddət sizə nələri öyrətdi?

Həbs həyatı bir məktəbdir. Adam çox şey öyrənir. Orada olanda müşahidə etmə qabilliyətin də artır. Adam deyir ki, çöldə yatım amma azadlıqda olum. Azadlığının qədrini daha çox bilirsən. 10 gün həbsdə oldum. 10 gün nədir ki? Elə bil istirahətdə idim.
Mənim ətrafımda dostlarım çoxdur. Həbsxanada olarkən tanıdığım insanlar var ki, hələ də münasibətimiz var. Dostluğumuz davam edir.

Bir zamanlar aparıcılıq da edirdiniz. Yenə etmək istərdinizmi?

Düşünürdüm ki, xanımlara aid çox verilişlər var, bəs bu kişiləri kimsə fikirləşməlidi ya yox (gülür). Mən də "Kişi klubu" adlı verilişlə ekrana çıxmaq istədim. Burda kişiləri maraqlandıracaq nüanslara toxunulurdu. Azərbaycan televiziyasında belə proqram heç olmamışdı. Ona görə də baxılırdı. Çoxları üçün faydalı oldu. 2 il o proqrama aparıcılıq etdim. İndi də tez-tez efirlərdə oluram.

Mən sizə zəng edib müsahibə almaq istədiyimi bildirəndə sizin mənə verdiyiniz ilk sual "mövzu nədir? Homoseksuallar haqqında sual olacaqsa, istəmirəm" dediniz. Bu barədə açıqlamalardan sonra sizə geylər tərəfindən təhditlər gəlib?

Heç kimin başı üçün deyil ki, məni təhdid edə. Nə demişəm, nə açıqlama vermişəmsə əcəb etmişəm. Yenə olsa yenə edərəm. Yalan heç nə deməmişəm. Bunların sayı hər gün artır. Onlar kişilikdən danışa bilməzlər. Bir söz var "kişilər 41-45-də qaldı". Bax bu ifadə çox doğrudur. Və biz zamanla həmin ifadənin təsdiq olunduğunu görürük. Onları gündəmə gətirən, məşhur edən elə bəzi jurnalist adına ləkə gətirənlərdir. İzləyici sayı toplamaq üçün belə şeyləri gündəm edirlər.Allah qadını və kişini bir-biri üçün yaradıb. Əgər bir kişi qadına yox kişiyə tamah salırsa, ona kişi demək olmaz. Zamanla Azərbaycanda kişilərin sayı azalır.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏQızınızın müğənni oğlanla ailə qurmasına razı olardınız?

Ümumiyyətlə, övladımın gələcəyi ilə bağlı nəsə planlamağı və danışmağı sevmirəm. Bəzən dostlarımızla oturanda hansısa mənə deyir ki, "Kamil, qohum olacağıq" mən buna çox əsəbləşirəm. Az qalıram stolu alım başına çırpım. Onu zaman göstərəcək. Sənətinin nə olmasının önəmi yoxdur. Əsas odur adam olsun, kişi olsun.

İdmaçılardan Anar Heydərovla aranızda nəsə baş verib?

Anarın öz səhvi ucbatından aramızda soyuqluq yaranıb.Qoy, oxusun bu sözlərimi elə sizin vasitənizlə. Anar idmanda bu yerə gəlməyinə görə mənə borcludur. O bunu dana bilməz. Ailəvicə münasibətimiz yaxşı idi, amma indi elə deyil.

Məşhurluğunuza görə peşman olmusunuz? Daha fərqli bir həyatınızın olmasını istərdiniz?

İndi məşhur olmaq da çətindir. Səviyyəli məşhurlar var, bir də səviyyəsizləri var. Belələri olduqca çoxdur. Məşhurluğuma görə arada peşman oluram. Çünki, rahat istədiyin yerə gedib otura bilmirsən. Amma yaxşı tərəfi də odur ki, hamı səni tanıyır, ətrafın genişlənir. Hörmət edənlərin çoxalır.Fərqli bir həyat necə ola bilərdiki? Ya tanınırsan məşhur olursan, ya da adi, sıradan biri. Mən hər işi bacarıram. Əgər idmançı olmasaydım, başqa işlərlə məşğul olardım.

Lamiyə Məmmədova

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 8851   Tarix: 22 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

İrina Şeykin büstqalterdə çəkdiyi "self"si 2 000-dən çox şərh topladı - FOTO

Rusiyalı supermodel İrina Şeyk "İntimissimi" markasından olan alt paltarında "selfi" paylaşıb. BİG.AZ-ın verdiyi xəbərə görə, "İnstagram" səhifəsinə yerləşdirilən makiyajsız fotoda 34 yaşlı model qara rəngli büstqalterdədir, boynunda isə "göz" formasında boyunbağ

08.07.2020 5471
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287