Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)

Mübariz Mənsimov bir il ərzində 7 milyon dollar xərcləyərək PALMARİNA adlı limanı istifadəyə açır
Palmali Şirkətlər Qrupu 3 il əvvəl başladığı turizm yatırımlarına davam etməkdədir. Keçən il Türkiyənin məşhur Bodrum turizm mərkəzindəki Yalıkavak limanını 42 milyon dollara satın alan Mübariz Mənsimov bir il ərzində 7 milyon dollar xərcləyərək PALMARİNA adlı limanı istifadəyə açır. Layihənin tamamı 2013-cü ilin may ayında başa çatacaq. Bu tarixə qədər yatırılan sərmayenin miqdarı 25 milyona çatdırılacaq. Bu və həyata keçiriləcək digər layihələr barədə Palmali Şirkətlər Qrupu-nun vitse-prezidenti İbrahim Nəbioğlu ilə söhbət etdik:

-İbrahim bəy, əvvəlcə PALMARİNA barədə danışaq. Bu layihənin detalları və miqyası barədə məlumat vermənizi xahiş edirik.

-Mənuniyyətlə, PALMARİNA limanına 400 ədəd motorlu, yelkənli yaxt ve meqa yaxt yan ala biləcək. 2013-cü ildən isə bu rəqəm 700-yə çıxacaq və bununla da PALMARİNA Türkiyənin ilk meqa yaxt limanı olacaq. Limanın ən böyük özəlliklərindən biri isə uzunluğu 80 metrə qədər olan 26 meqa yaxtı qəbul etmə imkanına sahib olmasıdır.

Türkiyənin ilk və tək LRQA (Lloyd's Register Quality Assurance) sertifikatı olan PALMARİNA modern idarətmə anlayışı və doğru, məqsədli sərmaye sayəsində bölgənin ən təhlükəsiz yaxt limanlarından biri olub. Məsələn, 2011-12 –də baş vermiş şiddətli fırtınalara baxmayaraq limanlara cüzi də olsa zərər dəyməyib.

-Limanda daha nələrsə olacaq?

- Əslində PALMARİNA bənzərsiz bir ``əyləncə adası`` olacaq. Bakının bizim `İçəri şəhər adlandırdığımız Köhnə Şəhərindən ilhamlanaraq Mübariz Bəy bu adaya ``Oldcity`` adını verib. Oldcity-dəki ən önəmli markalardan biri Billionare olacaq. Dünyanın ən ünlü əyləncə məkanlarından biri olan Billionare Club italyan işadamı Flavio Briatore tərəfindən 1998-ci ildə İtaliyanın Sardinya adasında qurulmuşdur. Formula 1 Renault komandasının keçmiş patronu olan Briatorenin klubu açıldığı hər ölkədə dünya starlarının ən sevdikləri məkan ünvanına sahibdir. Palmali Qrupun İstanbuldakı Edition otelində fəaliyyət göstərən Billionarie klubu qapılarını Bodrumdakı qonaqları üçün Oldcity-də açmağa hazırlaşır.

Oldcity-də 700 kvadrat metrlik hovuzu ilə Billionaire Beach, plyaz modasının öncülərindən olan Billionaire Couture, italyan ləzzət gurmesi amerikan Cipriani restoranı, Bodrumun vazkeçilməz restoranı sayılan Balıqçı Sait, məhşur zinyət markası Gilan da yer alacaqdır. 15 min kvadrat metrlik yaşıllıqlar içində alış-veriş mərkəzi, müxtəlif konseptli mağazalar, Argentina Steak House kafesi, sənət qalereyası və b. yeniliklər də olacaq.

Lakin, PALMARİNA və Oldcity-nin ən böyük yaraşığı 15 metr yüksəkliyindəki Qız Qalasıdır. Bakıdakı tarixi Qız Qalasının bir az kiçik şəkli olan tikili nəinki Yalıkavakın, hətta bütün Bodrumun simvoluna çevrilməklə Azərbaycan paytaxtını yerli və xarici turistlərə tanıtmış olacaqdır.

-İbrahim bəy, açılış nə vaxta planlaşdırılır?

-PALMARİNA-nın açılışı 23 iyun tarixində keçiriləcək. Açılışda çox sayda yüksək rütbəli qonaqların, iş dünyasının seçkin simalarının, sənət dünyasının tanınmış adamlarının iştirak edəcəyini gözləyirik. Açılışdakı konsertdə türk pop musiqisinin populyar təmsilçisi Tarkan qonaqlara unudulmaz bir gecə yaşadacaq.

mənbə: anspress.com

Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)Məşhur Azərbaycanlı daha bir dünya miqyaslı layihəyə imza atdı! (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5143   Tarix: 22 iyun 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497