Dubayda yay mövsümünün yenilikləri

Dubayda yay mövsümünün yenilikləriDubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir.

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkına gedənləri müasir attraksionlarda unudulmaz təəssüratlar gözləyir. Onları 5 tematik zonada "Marvel" və "Cartoon Network"un sevimli personajları qarşılayacaq. Multisensor texnologiyaların köməyi ilə balacalar üçün "Ben 10", "The Amazing World of Gumball", "Lazy Town", "The Powerpuff Girls" cizgi filmlərinin qəhrəmanları ilə macəralar hazırlanıb. Böyüklər isə parkın "İtirilmiş vadi" adlı xüsusi zonasında məskunlaşmış dinozavrlar aləminə baş vura bilərlər.

"City Walk" ticarət-əyləncə zonasında dəbli mağazalar, xudmani trasları və açıq səma altında gözəl istirahət zonaları olan restoranlar açılıb. Piyada turistlər Avropa üslubunda yaraşıqlı xiyabanlarda gəzişərək müxtəlif əyləncəli proqramlara qatıla, yaxınlıqdakı attraksionlarda şənlənə bilərlər. Məsələn, "Hub Zero" oyun klubunda. Burada lazertaq, 4D-kinoteatr, yürüş simulyatorları kimi əyləncələr sayəsində virtual aləm gerçəkliyə çevrilib. Klubda ən həvəsli heymerlər üçün zona var. Daha bir məkan - "Mattel Play! Town" 2-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada balacaları onların sevimli personajları qarşılayır. Təbiətsevərləri "The Green Planet" örtülü "tropik" meşədə ekzotik flora və fauna aləmi gözləyir. Onlar burada 3 mindən çox bitki, heyvan və quş növünə yaxından tamaşa edə bilərlər. Unikal biogümbəz çətir, orta səviyyə, xəzan və qırmızı meşə deyilən 4 yarusdan ibarətdir. Qonaqlara bu yaruslardan hər birinin tropik meşənin biotarazlığının qorunub saxlanılmasında oynadığı mühüm rol barədə məlumat verilir.

Ailəvi istirahət edənlərin hər biri "Dubai Mall" ticarət-əyləncə mərkəzində özünə maraqlı məşğuliyyət tapa bilər. "KidZania" parkında uşaqlar üçün 60 müəssisədə 80-dən çox fəal oyun yaradılıb. Burada onlar özlərini yanğınsöndürən, həkim, polis, gözəllik salonu ustası və ya astronavt kimi sınaya, özlərində faydalı vərdişlər inkişaf etdirə bilərlər. Güclü təəssüratlara can atanların "VR Park"a yollanıb virtual aləmə baş vurmaq fürsəti olacaq.

Yayda qış mövsümünü yaşamaq istəyənlər Dubay buz meydanına yollanmalıdırlar. Olimpiya stadionu böyüklüyündə olan buz meydanı həm naşı, həm də təcrübəli konkisürənlərə unudulmaz təəssüratlar vəd edir. "Ski Dubai" kompleksi də qış mövsümünə xas əyləncələr təklif edir. Burada xizək və snoubord sürmək, pinqvinlərlə "söhbətləşmək" olar.

Uçma hissini yaşamaq istəyənlər "City Centre Mirdif" mərkəzinə gedib xüsusi tuneldə 10 metr yüksəkliyə qalxmalı və "iFLY Dubai" attraksionunu sınamalıdırlar. Akril divarları olan bu attraksion ticarət mərkəzində yerləşən dünyada ilk ikiqat şaquli aeroborudur.

İllüziyalar Muzeyi optik və sensor illüziyalar aləminə baş vurmaq imkanı verir. Səksəndən çox interaktiv ekspozisiya təklif edən bu muzeyin ən böyük filialı Dubayda yerləşir.

Qeyri-adi hisslər keçirmək istəyənlərə isə yeni "TEPfactor" interaktiv oyunu təklif olunur. Bu oyun əqli və fiziki qabiliyyətlərin maksimum cəmləşdirilməsini tələb edir. Oyunun şərtlərinə görə, iştirakçılar 4 kateqoriyaya bölünmüş maneələri aşmalıdırlar. Maneələri aşmaq üçün onlara fiziki güc, fərasət, komanda şəklində işləmək və mürəkkəb vəziyyətlərdə qərar qəbul etmək bacarığı lazımdır. Tapşırıqlara tapmacalar, intellektual oyunlar, cəsarətli, səbirli olmaq və müvazinəti itirməmək bacarığını göstərmək daxildir.

Dünyanı öyrənən yeniyetmələr və azyaşlılar üçün interaktiv maarifləndirici məkanlar təşkil edilib. "Mirdiff City Centre"də yerləşən "Orbi" parkı BBC telekanalının kontenti əsasında yaradılıb və SEGA şirkətinin müasir texnologiyaları ilə təchiz edilib. Parkda vəhşi təbiətə yaxın olub planetimizin tarixini öyrənmək imkanları təqdim olunur. 2-11 yaşlı uşaqlar isə müasir avadanlığın köməyi ilə xüsusi immersiv sensor mühitinin yaradıldığı "OliOli" eksperimental zonasında təxəyyüllərini işə sala bilərlər.

/azertag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 2882   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avropada turizm mövsümü açıq elan edilib - VİDEO

Avropa İttifaqı ölkələrində turizm mövsümü açıq elan edilib. "Euronews" xəbər verir ki, Avropa İttifaqı ölkələri daxilində səyahət üçün peyvənd pasportunun olması vacibdir. Qeyd olunur ki, bu qaydanın tam tətbiqinə iyun ayının ortasından başlanılacaq. İyun ayına qədər isə Avropa ölkələri vətəndaşlarını

12.05.2021 1904
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Əliövsət Əliyev "Türkiyə üçün vizanın ləğvi Azərbaycanda turizmin inkişafına təsir göstərəcək."

Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi, şübhəsiz ki, Azərbaycanda turizmin inkişafına təsir göstərəcək. Bunu -a müsahibəsində Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev deyib. Ə.Əliyevin sözlərinə görə, bu, ilk növbədə, iki ölkə arasındakı qardaşlıq münasibətlərin

29.07.2019 3527
.

Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər

Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin

27.06.2019 4300
.

Deyranın ləziz yeməkləri

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə

26.06.2019 4182
.

Avia biletlərin satışı başlayıb

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25.12.2020 4539
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411