Deyranın ləziz yeməkləri

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarət mərkəzi Deyrada cəmləşmişdi. Buna baxmayaraq, burada ənənəvi bazarlar – qızıl, parça, balıq, meyvə, ədviyyat və s. bazarları indi də fəaliyyət göstərir. Yüzlərcə restoran, kafe və küçə yeməyi məntəqələrindən gələn Yaxın Şərq mətbəxinin ətri ziyarətçiləri özünə cəlb edir. Təəccüblü deyil ki, "əsl" Dubayı dadmaq istəyən turistlər hər şeydən əvvəl Deyraya üz tuturlar.

Deyranın restoranlarında hansı qeyri-adi yeməklərin dadına baxmaq olar? Bu dəfə sizə məhz bu barədə söz açmaq istərdik.

Delikateslər axtarışında

Əvvəlcə onu qeyd edək ki, Deyranın qastronomik sirləri barədə xeyli yeni və maraqlı məlumatları öyrənməkdə bizə "Friyng Pan Adventures" şirkətinin təşkil etdiyi "Middle Eastern Food Pilgrimage" ekskursiya turu yardımçı oldu. Bu tura Deyranın küçələrində ingilisdilli bələdçinin müşayiəti ilə, müxtəlif kafe və restoranlarda dincəlməklə piyada gəzinti daxildir. Tur çərçivəsində bələdçi bu və ya digər yeməklər barədə məlumat verir, bunlardan bir çoxunun dadına baxmaq fürsəti təqdim edir. Bu tura acqarına gəlmək vacibdir! Ekskursiyanın 4 saat davam etməsinə baxmayaraq, dequstasiya üçün fasilələr sayəsində yorğunluq hiss olunmur və vaxt sanki bir göz qırpımında keçir.

"Al Rigga" metro stansiyasından başlayan gəzinti Deyranın bir neçə rəngarəng məhəllələrini əhatə edərək "Union" metro stansiyasının ətrafında bitir. Bu perimetrdə İraq, Livan, Misir, İran və digər ölkələrdən gəlmiş insanlara məxsus xeyli sayda kafe və restoranlar yerləşir. Bu yerlərdə yada saldığımız yeməklərin əksəriyyətini siz çox asanlıqla tapa bilərsiniz.

Əgər siz fikirləşirsiniz ki, Yaxın Şərq mətbəxi şaurma, kabablar və plov deməkdir, o zaman gözlənilməz kəşflərə hazır olun. Sabunotu kökündən desert, limonu-çəhrayılı rəngdə əriştə və zəfəranlı dondurma nəyə desən dəyər!

Falafel

Falafel ən məşhur Yaxın Şərq mətbəxi təamlarından biridir. Noxud əvvəlcə üyüdülərək ona ədviyyat əlavə olunur, daha sonra kürəciklər düzəldilərək yağda qızardılır. Falafel də türk şaurması kimi bütün dünyada geniş yayılmış küçə mətbəxi yeməklərindəndir.

Bu yeməyin əvvəlcə Misirdə əmələ gəlməsi, tezliklə Levanta ölkələrinə (Suriya, Fələstin, Livan və s.) yayılması ehtimal edilir. Sadə falafelə adətən təzə cəfəri və keşniş toxumu əlavə edirlər. Dubayda, həmçinin Çili bibəri ilə içlikli mahşi falafelinin, sumağ, ədviyyat və soğanlı şattanın dadına baxa bilərsiniz.

Bəzən falafel kürəciklərini ayrıca boşqabda süfrəyə verirlər. Lakin əksər hallarda falafelin fastfud şəklində, kahı yarpağı və xırda doğranmış tərəvəzə sous əlavə edilərək kökə, yaxud da lavaş arasında təqdim edilməsinə rast gəlinir. Lavaşla olan halda kürəcikləri lavaşın üstündən əllə sıxıb əzmək məsləhət görülür.

Humus

Yaxın Şərq mətbəxinin populyar sousu və ya yaxmacı – humus da bişmiş noxud və ya digər paxlalılardan üyüdülərək hazırlanır, "tahini" küncüt pastası, zeytun yağı, limon şirəsi və ədviyyat əlavə edilir. Məsələn, bizə Deyrada humusu yaşıl bibər, sarımsaq və limon sousu ilə təklif etdilər. Tatbela qəlyanaltısını siz BƏƏ-nin əksər otellərində səhər yeməyinin menyusunda görə bilərsiniz.

Ful medames

Ful medames və ya sadəcə ful bişmiş at paxlasından hazırlanan raqudur. Yemək süfrəyə bitki yağı, zirə, zövqə görə xırda doğranmış cəfəri, soğan, limon şirəsi, Çili bibəri və digər ədviyyatla verilir. Misirdə əsas ərzaq məhsulu olan ful min illər bundan əvvəl əmələ gəlib. Ful medames, həmçinin bir sıra ərəb, Yaxın Şərq və Afrika mədəniyyətlərinin mətbəxinin bir hissəsi hesab edilir. Bu yeməyə də siz BƏƏ-nin hər bir otelinin səhər yeməyi menyusunda rast gələ bilərsiniz.

Sarımsaqlı "Toum" sousu

Əgər siz Deyrada gəzərkən Livan restoranına girmək qərarına gəlsəniz və hansısa əsas yemək sifariş versəniz, o zaman yəqin ki, onun yanında sizə sarımsaqlı ağ "thoom" sousu (sarımsaqlı ayoli) təqdim edəcəklər. Livanda bu, "toum" adlanır, ərəbcə sarımsaq deməkdir. Sarımsaqlı sous mayonez və ya xamaya bənzər, sarımsaq və limon şirəsi ətrini verən ağ kremli teksturaya malikdir. Sous ət yeməkləri ilə, xüsusən toyuq şaurması, qızardılmış toyuq, barbekü və toyuq kababı ilə yaxşı uyğunlaşır.

Künəfə

"Nabulsi" pendiri ilə, "kataifi" şirin əriştəsindən olan içliklə əridilmiş yağda hazırlanan piroq kunafa adlanır. "Nabulsi" Suriyada, Livanda və İordaniyada populyar olan ağ pendirdir. Qoyun, inək və ya keçi südündən hazırlanır. Yarıbərk teksturaya malik pendir qızdırılanda yumşaq və elastik olur.

Deyranın restoranlarından birində bu desertin hazırlanma prosesini bütünlüklə izləmək bizə nəsib oldu. Qənnadıçı əvvəlcə dairəvi tavanı kərə yağı ilə sürtür və üstdən az miqdarda döyülmüş qoz səpir. Sonra aşpaz əriştəni əlləri ilə yaxşıca əzərək qalın qatla yağın və qozun üzərinə qoyur. Sonda qalın qatla pendir ovuntusu səpilir. Daha sonra qaz plitəsinə vam odda bişirilməyə göndərilir. Qənnadıçı vaxtaşırı tavanı fırladır, şirniyyatın kənarlarını tavadan ayırır. Piroq qızarana yaxın aşpaz onu digər tavaya çevirir. Pendir altda, qızaran hissə isə üstdə qalır. Künəfə yenidən sobaya qoyulur. Qənnadıçı çömçə ilə şəkər siropunu üstdən tökür və bir neçə dəqiqədən sonra piroq hazır olur.

Şirniyyat çox dadlı və şirnisi qaydasında alınır: ərinmiş dartılan pendir qaymaq dadı verir, əriştə isə dişlərin arasında xırçıldayır.

"Natef" kremi

"Natef" kremi qeyri-adi şirniyyatdır. Onu "kremli zefir" də adlandırırlar. Görünüşü və dadı şəkərlə möhkəm çırpılmış yumurtanın ağını xatırladır. Tərkibində nə yumurta, nə də qaymaq, hətta südün də olmaması təəccüb doğurur. Bu şirniyyat sabunotunun köklərindən hazırlanır.

Bundan ötrü sabunotunun kökü suda qaynadılır. Alınan həlim soyudulur, köpüklənənədək mikserlə çalınır, tədricən qızılgül suyu və limon şirəsi əlavə edilmiş şəkər siropu qatılır.

"Natef" peçenye, paxlava və digər şirniyyatlarla yanaşı süfrəyə verilir. Adətən peçenyeni "natef" kreminə batırıb çayla içirlər.

Fətir

Qədim Misir piroqu olan fətir ("feteer") möhkəm bükülmüş pitsanı xatırladır. Hesab edilir ki, fransızlar məmlüklərlə birgə Avropaya keçən fətirin dadına baxandan sonra kruasanı icad etməyə ruhlanıblar.

Deyrada təkcə bu ləzzətli piroqun dadına baxmaq deyil, hazırlanmasını da izləmək mümkündür. Adətən onu kişilər hazırlayır. Qənnadıçı yayılmış xəmiri nazik və şəffaf olanadək dəfələrlə havada fırladır.

Sonra xəmirin bir hissəsinə içlik qoyulur. İçlik müxtəlif növdə - Mosarella pendiri, tərəvəz, "ras" və ya "roomi" növlü Misir pendiri ilə olur. Daha sonra piroqun üstü xəmirin digər hissəsi ilə örtülərək sobada bişirilir. Bizim dadına baxdığımız fətir dana basdırması ilə olan içlikdən hazırlanmışdı.

Hazır piroq Çili bibərindən hazırlanmış acı şatta sousu ilə süfrəyə verilir.

Masquf

İraq masqufu nar patkası ilə şirələnmiş yüngül hisə verilən balıqdır. Ənənəvi olaraq bu yemək tonqalın yanında hazırlanır. Biz masqufun dadına Deyranın İraq restoranlarından birində baxdıq. Burada yeməyin açıq ocağın yanında bişirilməsi üçün əla şərait yaradılmışdı: odadavamlı şüşənin arxasında əsl odundan od qalanır, elə onun yanındaca balıq hisə verilir. Masquf üçün adətən karp, çapaq, xek və digər balıq növləri istifadə olunur. Hisə verilməmişdən əvvəl balıq iki yarı hissəyə bölünür və şaquli şəkildə, içi ocağa tərəf odun yanına söykədilir. Bir müddətdən sonra balığın üstünə nar patkası çəkilir və hazır olanadək bişirilir.

Masqufla yanaşı stola təndir çörəyi, ambu (manqo şorabası, sirkə, xardal, sarıkök, Çili bibəri və şambaladan hazırlanan sous), pomidor, sumaq və reyhan verilir.

Faluda

Faluda (faloodeh) - sorbetə bənzəyən ənənəvi İran soyuq desertidir. Soyudulmuş siropla nişastadan hazırlanan nazik vermişel qızılgül suyu və laym şirəsində qaynadılır. Bəzən bu desert döyülmüş fıstıqla, yaxud bizə təklif edildiyi kimi ənənəvi İran zəfəranı və dondurma ilə təqdim olunur.

"Radisson Blu Hotel, Dubai Deira Creek" – yemək vadisi

Deyraya qastrotur başa çatdı, lakin dünya xalqlarının mətbəxi ilə tanışlığımız bizim qaldığımız "Radisson Blu Hotel, Dubai Deira Creek" otelində gözlənilmədən davam etdi. Mehmanxana Deyranın mərkəzində, "Union" metro stansiyasının yanında, Krik su kanalının mənzərəli sahilində yerləşir. Otelin nömrəsinin eyvanından sahilboyu bulvara maraqlı bir mənzərə açılır. Turistlərlə dolu gəzinti gəmiləri və ərəblərdə ənənəvi olan taxta qayıqlar bir-birinin ardınca sahildən yola düşür.

Yerləşdikdən sonra öyrəndik ki, bizim beşulduzlu otel görməli yerlərdən biri – qurmanlar üçün əsl Klondayk hesab edilir. Birincisi, otelin ərazisində 11 ictimai iaşə müəssisəsi yerləşdirilib. Buraya müxtəlif tematik "İsveç masaları", həmçinin yapon, Çin və İran mətbəxi, habelə təzə dəniz məhsulları ilə bəzədilən beynəlmiləl restoran daxildir. Restoranlar təkcə otelin müsafirləri ilə deyil, sadəcə ağzının dadını bilənlərlə - yaxşı yeməkləri dəyərləndirənlərlə daim doludur. İkincisi, "Radisson Blu Hotel, Dubai Deira Creek" Dubayda qonaqlara "tam pansion" konsepsiyası təklif edilən nadir otellərdən biridir. Bu opsiya ilə yaşayışı seçən müsafirlər oteldə istədikləri restoranda qidalana bilərlər. Onlar, həmçinin "Al Mansour Dhow" otel gəmisinin göyərtəsində Krik kanalına şam yeməyinin də daxil edildiyi kruizə yollana bilərlər.

Bizim tanış olduğumuz ilk restoran "Boulvar" idi. Biz səhər yeməyində çox gözəl qəlyanaltılar, əsas yeməklər və ləzzətli desertlər seçdik. Gecə-gündüz fəaliyyət göstərən bu restoran dünyanın müxtəlif guşələrinin ekzotik yeməklərinin təqdim edildiyi xüsusi tematik süfrəli "İsveç masası" sayəsində çox populyardır. Livan, Hindistan və ərəb mətbəxinin ləziz təamları burada təzə dəniz məhsullarından ustalıqla hazırlanmış yeməklərlə yanaşı verilir.

Şam yeməyində biz "Minato" restoranına – Deyradakı yapon restoranlarının ən yaxşısına baş çəkdik. Restoranda teppanyaki masası, suşi-bar və tatami döşənmiş ayrıca otaqları olan ənənəvi yapon süfrə zonaları təqdim edilir. Suşi, saşimi, qaymaqlı bulyonlar və bir çox ənənəvi yapon mətbəxi təamları bu restoranda öz müsafirlərinin yolunu gözləyir. Teppanyaki masası ziyarətçilərə yeməyin hazırlanma prosesini canlı izləmək fürsəti verir: aşpazlar yeməyin bişən səthini alovlandırır və ərzaqlarla jonqlyorluq edərək qonaqlara əsl şou göstərirlər.

Ertəsi gün bizə "Aseelah" Yaxın Şərq mətbəxi restoranı ilə tanışlıq nəsib oldu. Bu restoran özündə ərəb mədəniyyəti və qonaqpərvərliyini müasir tərzdə birləşdirir. Yeməklərin təqdimatı "İsveç masası" prinsipinə uyğun qurulub, burada əsl Yaxın Şərq mətbəxinin nümunələri təqdim olunur. Ziyarətçilərin gözü qarşısında çörək bişirilir, restoranın həyətində manqalda kabab hazırlanır, şişdə isə bütöv qoyun qızardılır. Paxlava və rahatluqum çeşidləri göz qamaşdırır. Buradan heç kim ac getməyəcək!

Axı "Radisson Blu Hotel, Dubai Deira Creek" otelində İran mətbəxinə aid "Shabestan", "Sumibiya" Koreya restoranı, "Fish Market" balıq restoranı və s. var. Bunların hamısını bir səfərdə ziyarət etmək qeyri-mümkündür. Vacib işlərinizi yerbəyer edin və tam sürətlə irəli!
Deyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləriDeyranın ləziz yeməkləri/azertag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 4182   Tarix: 26 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Viza dəstəyi xidməti, viza almaq

Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir. Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimi

19.12.2021 6647
.

İtaliyalı baş məşqçi: "UEFA futbolçulara hörmət etmir"

"UEFA belə meydançalarda oynamağa icazə verirsə, futbola və futbolçulara hörmət etmir". "Report" xəbər verir ki, bunu İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri UEFA Konfrans Liqasının pley-off mərhələsində Rumıniya təmsilçisi ÇFR-lə səfər oyunu barədə danışarkə

25.02.2023 3996
.

Qrup turları ilə xarici ölkələrə səyahətin müsbət tərəfləri- AÇIQLAMA

İsti ayların gəlməsi sözüz ki, turizm bazarının inkişafında da özünü göstərir. Qızmar havaların hökm etdiyi günlərdə istər ölkə daxilində, istərsə də ölkə xaricində səyahətə yollanmaq istəyən insanların sayı isə kifayət qədərdir. Ümumiyyətlə səyahətlər yeni insanlarla tanış olmağın ən etibarlı yolu hesa

06.07.2023 3536
.

Mikel Arteta "Arsenal"ın tarixinə düşüb

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta klubun tarixinə düşüb. "Report" xəbər verir ki, ispaniyalı mütəxəssis "topçular"ın Premyer Liqanın XII turunda "Brentford"u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə klub rekordunu yeniləyib. London təmsilçis

26.11.2023 1796
.

Azərbaycan parataekvondoçusu İngiltərədə bürünc medal qazanıb

Azərbaycan millisi İngiltərənin Mançester şəhərində keçirilən parataekvondo üzrə Qran-prinin final mərhələsini bir medalla başa vurub. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, komandanın heyətində İmaməddin Xəlilov (70 kq) uğurlu çıxış edib. K-44 kateqoriyasında mübariz

02.12.2023 1673
.

Məhəmməd Muradlı Avstriyadakı turnirin qalibi olub, Şəhriyar Məmmədyarov üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Avstriyada keçirilən "Grand Prix Plus City" turnirinin blits mərhələsində qalib olub. "Report"un məlumatına görə, o, 13 turdan sonra 11 xal toplayaraq birinci yeri tutub. Eyni yarışda iştirak edən digər şahmatşımız Şəhriyar Məmmədyarov 10 xall

12.05.2024 259
.

Möhtəşəm "Rio Karnavalı"ndan görüntülər - Bu VİDEO sizi Braziliyaya aparacaq

Braziliyanın Rio de Janeyro şəhərində dünyanın ən məşhur və ən böyük festivalı olan "Rio Karnavalı" keçirilib. -ın məlumatına görə, xristianlıqda orucluqdan əvvəl təşkil olunan bu karnavalda parad zamanı samba məktəbləri və milyonlarla insan iştirak edir. Təşkilatçılar hər dəfə fərqli konseptlə

11.06.2022 5834
.

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 598 197 031 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə onlayn statistikada qeyd olunur. Virusdan 6 463 879 xəstə ölüb, 572 188 998 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (95 065 403), Hindistan (44 298 864 nəfər), Fransa (34 276 081 nəfər), Braziliya (34 22

18.08.2022 5349
.

"Fənərbağça"dan ayrılacağı gözlənilən futbolçunun maaşı artırıldı

"Fənərbağça" klubu ilə yollarının ayrılacağı gözlənin Osai Samuelin maaşı artırılıb. Məlumata görə, "sarı-lacivərdlər" təcrübəli futbolçu ilə müqavilə müddətini 2026-cı ilədək uzadıblar. Osai Samuel "Fənərbağça" klubunda əvvəllər ilinə 600 min avro maaş alırdısa, bunda

18.05.2024 188