"Coca-Cola"ya qarşı dünya miqyasında təşkil edilən kampaniyalar

ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı "Coca-Cola"nın tərkibində xərçəngə yol açan maddələr aşkar edilib. Bunu "Coca-Cola" şirkətin rəsmiləri də təsdiqləyib. 2009-cu ilin əvvəllərində İngiltərə xəstəxanalarının birində aparılan araşdırma nəticəsində "Coca-Cola" dan istifadə edən şəxslərdə şəkər xəstəliyi, diş və sümük xəstəliklərinə daha çox rast gəlindiyini deyiblər. Alimlər növbəti dəfə sübut ediblər ki, mütəmadi olaraq "Coca-Cola" içən insanların qanında kalsiumun səviyyəsi aşağı enir və bu, əzələ toxumalarının zədələnməsinə səbəb olur ki, bunun da nəticəsində hətta iflic xəstəliyi əmələ gəlir. Tədqiqatçılar gündə bir neçə litr "Coca-Cola" içən insanlarda zəiflik, iştaha pozğunluğu kimi xəstəliklərin aşkarlandığını, hətta bu insanların huşsuz vəziyyətdə xəstəxanalara gətirilməsini müəyyən ediblər. Xəstəxanaya gələn pasiyentlərin çoxu sonradan iflic keçirib.

Qeyd edilən məlumatların mənbələri yazıda qeyd edilib.

İndi isə "Coca-Cola"nın bu zərərlərinə qarşı dünyanın dörd bir yanında illərdir davam edən boykot, etiraz aksiyalarına nəzər salaq.

Aşağıda gördüyünüz video 2010-cu ilin 19-21 noyabr tarixlərində ABŞ-ın Corciya ştatında "Qatil Kolaya Yox" adı ilə keçirilən beynəlxalq etiraz kampaniyasından bəhs edir. Etiraz kampaniyasının təşkilatçılarından biri Bob Kinqdir. O, hüquqşünasdır, həmçinin Amerikanın tanınmış əmək birliyi təşkilatı olan "United Auto Workers"in prezidentidir. Bob Kinq kimi kampaniyanın rəhbəri Rey Rocers də hüquqşünasdır. Onlar artıq 9 ildir ki, "Coca-Cola" içkisinə qarşı beynəlxalq kampaniya keçirirlər. Hər iki hüquqşünas insanları bu içkidən uzaq durmağa çağırır. Video-görüntülərdən də göründüyü kimi, bunun üçün onlar seminarlar keçirir, bukletlər hazırlayıb küçələrdə insanlara paylayır, ictimai yerlərdə, nəqliyyat vasitələrində kampaniyanı əks etdirən böyük reklam lövhələri yerləşdirirlər.

Mərkəzin rəsmi veb-səhifəsi "killercoke.org" saytıdır. Burada 2003-cü ildən bəri "Coca-Cola" şirkətinə qarşı aparılan kampaniya haqda ətraflı məlumat verilir. Buraya daxil olmaqla istənilən oxucu boykot kampaniyası ilə bağlı, həmçinin də "Coca-Cola"nın tarix boyu fəaliyyət göstərdiyi ölkələrə vurduğu ziyanlar barədə, dünyanın müxtəlif ölkələrində "Coca-Cola"ya alternativ yaratdıqları sərinləşdirici içkilər barədə və s. məlumat əldə edə bilər.

Texas ştatının Triniti Universitetində bir neçə il ardıcıl aparılan sorğu həmin universitetin tələbələri arasında "Coca Cola" içkisinə etirazın artdığını üzə çıxarıb. Belə ki, 2004-cü ildə "Coca Cola"nı boykot edən tələbələrin faiz nisbəti 51.9%, 2005-ci ildə 52.6%, 2007-ci ildə isə 62.9% olub (Mənbə 1).

ABŞ-dan başqa, Amerika qitəsinin digər ölkələrində, daha çox Venesuela və Kolumbiyaya bu içkiyə qarşı böyük etirazlar mövcuddur. Hindistan da bir vaxtlar (xüsusən 2003-2005-ci illərdə) "Coca-Cola" çox geniş yayılmış, bundan sonra əhalinin ciddi etirazlarına səbəb olmuşdu. 2009-cu ildə isə Rusiyada "Coca-Cola" əleyhinə təqvimi satışa çıxarılmışdı.

Almaniyada, B. Britaniyada, Fransada, Yeni Zellandiyada, Meksikada, Yaponiyada, İsveçdə, Kolumbiyada və br sıra digər ölkələrdə "Coca-Cola" içkisinə alternativ sərinləşdirici içkilər yaradılıb (Mənbə 2).

"Coca-Cola" ilə bağlı illər öncə daha bir maraqlı iddia ortaya çıxıb ki, bu da birbaşa müsəlman inancına sahib insanların narahatlığına səbəb olub. İddiaya görə əslində "Coca-Cola" ifadəsi İslam dininin inkarına gətirib çıxaran ifadələrdən formalaşıb. Belə ki, aşağıda şəkildən də göründüyü kimi, "Coca-Cola" ifadəsini "güzgü" effekti ilə dəyişsək, orada ərəbcə "La Muhammad (s), La Makka", yəni "Muhəmməd (s) yox, Məkkə yox" ifadələrinin yazılığı məlum olur. Bu iddia artıq illərdir ki, dünya mətbuatında yayılıb və bununla da bağlı bir çox etiraz kampaniyaları keçirilib.

"Coca-Cola"nın ziyanı və dünyada ona qarşı olan etirazlar haqda qısaca məlumat verdik. Seçim etmək isə sizlərin ixtiyarındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2327   Tarix: 10 may 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051