Azərbaycanlı jurnalist hamilə həyat yoldaşını küçənin ortasında döydü - VİDEO

Azərbaycanlı jurnalist hamilə həyat yoldaşını küçənin ortasında döydü - VİDEO

Azərbaycanda utancverici hadisə baş verib. Jurnalist Anar Gəraylı hamilə həyat yoldaşı Pərvanə Qurbanlını döyərək xəstəxanalıq edib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, 10 gündür fəaliyyətini dayandıran Lent.az saytının redaktoru küçənin ortasında xanımına ağır zərbələr endirib.

Pərvanə aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. Ona beyin silkələnməsi diaqnozu qoyulub.

Tanışlarının sözlərinə görə, 5 ay əvvəl ailə quran Anar Gəraylı xanımı Pərvanə Qurbanlıya mütəmadi olaraq zorakılıq tətbiq edib.

Jurnalistin bu hərəkəti sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Anar Gəraylı Lent.az saytının redaktoru olmaqla yanaşı, Ailem.az layihəsinin rəhbəri idi.

Anar Gəraylı ilə Pərvanə Qurbanlının bu ilin aprel ayında baş tutan toyundan xoşbəxt görüntüləri təqdim edirik:



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2227 Tarix: 10.08.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər