"Xalq artistinin erməni mahnısına qol götürüb rəqs etməsi rüsvayçılıqdır" – Hərbi ekspert

"Xalq artistinin erməni mahnısına qol götürüb rəqs etməsi rüsvayçılıqdır" – Hərbi ekspertXəbər verdiyimiz kimi ARB telekanlında yayımlanan "Səhər-səhər" verilişində xalq artisti Brilliant Dadaşovanın bacısı İradə Dadaşovanın oğlu Cəlil Dadaşov ermənilərə məxsus mahnı ifa edib və verilişin qonağı olanlar isə həmin mahnıya oynayıblar.

Sözügedən məsələ isə sosial mediada sərt tənqidlərlə qarşılanıb.

Bizimyol.info xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov üzünü xalq artistlərinə və həmin erməni mahnısına rəqs edən şəxslərə tutaraq onlara ayıb olsun deyib:

"Əziz dostlar! Hörmətli həmkarlar!

Sizə elə gəlmirmi ki, biz çox vaxt bu və ya digər şəkildə hadisələrin ardıycan sürünməklə məşğuluq?

Bazar günü ölkə başçısı Nazirlər Kabinetinin geniş müşavirəsini keçirir, hər kəsi məsuliyyətli olmağa çağırır. Bizim bəzi TV kanallarımız isə sanki gözləri kor, qulaqları isə kar vəziyyətdə özlərini aparırlar. Baxıram hazırda ARB kanalında hər gün Elgiz və dostlarının canlı şəkildə çox vaxt adamın əsəbləri ilə oynayan Səhər-səhər verilişi köhnə bir verlişlə əvəz olunub. Yəqin ki, çoxları bilmir. Bu kanalda son vaxtlar elə biabırçılıqlar, elə rüsvayçılıqlar hökm sürür ki, adam söz tapmır ifadə etməyə. Vallahi-billahi, bir gün efirdə baş verən biabırçılıqlar hansısa çox ciddi xoşagəlməzliklərlə sonuclanacaq.

Efirdə bədnam qonşularımızın, hansılar ki, gecə-gündüz Azərbaycan musiqisini oğurlayıb öz adlarına çıxartmaqla məşğuldurlar, musiqisini vermək və bu bayağı, ürəkbulandıran müsiqiyə Xalq Artisi titulunu daşıyan tanınmış bir sənətkarın da qol götürüb rəqs etməsi, sadəcə rüsvayçılıq olmaqla yanaşı bağışlanılmazdır. Orada bir adını bilmədiyim hündürboylu xanımın da özünə əl qatmaqla az qala "həlak etməsi", bayılması səhnəsi dözülməz idi.
Hər şeyin həddi var, dostlar, yoldaşlar, cənablar!

MTRŞ-ı nəhayət ki, bəzi TV kanalların efir mədəniyyətinə, efir siyasətinə müdaxilə etməyə borcludur.
Aşağıda isə həmən o rüsvayçılığın əksi olan videogörüntüləri təqdim etməklə üzümü o səhnələrdə yer alan hər kəsə tutaraq deyirəm: çox-çox ayıb olsun Sizə! Zərrə qədər milli heysiyyatı olan adam o əcaib müsiqini dərhal kəsdirməli və efiri belə dayandırmalı idi.

Allah sadəcə ağıl versin, bəzi məsuliyyətsizlərə!!!".

Xatırladaq ki, ekspert Üzeyir Cəfərlinin açıqlamasında qeyd etdiyi rəqs edən xanım "Azərbaycanın səsi" yarışmasında iştirak edən Nərmin Kərimbəyovadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6567   Tarix: 10 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 364
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

23:02 0
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505
.

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb

Çin taikonavtlarını daşıyan Şinkou-18 gəmisi kosmik stansiyaya çatıb. xəbər verir ki, Çin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, taykonavtlar Yi Quanqfu, Li Konq və Li Quanqsunu daşıyan Shincou-18 kosmik gəmisi kosmik stansiyanın əsas modulu ilə birləşib. Təxminən 6 saa

22:00 0
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb. APA-nın Şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanı

20:27 0
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

20:20 0
.

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqları keçirilir. xəbər verir ki, Keçən avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən biridir

21:30 0