Ərdoğan səs verdi

Ərdoğan səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən parlament və prezident seçkilərində iştirak edib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan və ailə üzvləri ilə birlikdə səs verib.

Dövlət başçısı bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərində səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək. Ümumilikdə Türkiyədə səsvermə hüququna 56 milyondan artıq insan malikdir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 279 Tarix: 24.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ramil_Hulk
Ramil_Hulk 24.06.2018
Zübük adam


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər