15 yaşında 700 bal yığdı, ali məktəbə girə bilmir - FOTO

15 yaşında 700 bal yığdı, ali məktəbə girə bilmir - FOTOAzərbaycanda 15 yaşlı oğlan qeyri-adi biliyi ilə hər kəsi heyrətləndirdi. 10-cu sinif şagirdi Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da keçirdiyi sınaq imtahanından 700 bal toplayıb.

BiG.AZ xəbər verir ki, Fərid Əhmədli lent.az-a müraciət edərək bildirir ki, bu il DİM-in təşkil etdiyi sınaq imtahanlarında 4 dəfə iştirak edib və hamısında da yüksək nəticə əldə edib: "Mən Nərimanov rayonu 45 nömrəli orta məktəbdə oxuyuram. Qiymətlərim həmişə əla olub. Bununla yanaşı əlavə "Hədəf" kursuna da gedib hazırlığımı davam etdirirəm. İstəyirəm ki, iyun ayında keçiriləcək 11-ci siniflərin buraxılış imtahanında iştirak edərək attestat alım. Arzum budur ki IV qrupa sənəd verərək həkim olum".

F.Əhmədlinin atası Əhməd Əhmədov deyir ki, övladında bu cür istedadın olmasını hələ uşaq yaşlarından hiss ediblər: "2-3 yaşlarında olanda onun pazl yığma qabiliyyətini hiss etdik. İstənilən çətin bir pazlı qarşısına qoyan kimi sürətlə yığırdı. Ondan sonra orta məktəbdə ibtidai bazanı qoyduq və məqsəd bu idi ki, 11 illik təhsili daha tez başa vuraq. Artıq 8-ci sinfin sonunda kimya və biologiya fənlərini 11-ci sinif səviyyəsində tamamlamışdı. 9-cu sinfin sonunda da 4-cü qrup ixtisasına daxil olan digər fənləri 11 illik səviyyədə tam səviyyədə mənimsəmişdi. Hazırda isə 10-cu sinifdə oxuyur və istədiyimiz maksimal səviyyəyə çatmışıq".

Ata oğlu ilə bağlı aidiyyəti orqanlardan xahiş edir ki, oğluna iyun ayında keçiriləcək 11-ci sinif buraxılış imtahanlarında iştirak edib attestat almaq hüququ verilsin:

"Mən hər şeyi düzgün başa düşürəm ki, DİM-in keçirdiyi sınaq imtahanları rəsmi olsa da bunun bir hüquqi əsası yoxdur. Amma biz nəticəmizi yalnız sınaq imtahanlarında göstərə bilərdik. Buna görə də sınağa qatılaraq 700 ballıq nəticəni göstərdik. Bu mənim şəxsi fikrimdir ki, 10-cu sinif şagirdinin 700 bal toplaması bizə attestat almaq hüququnu verən bir sənəddir. Düşünürəm ki, bunun qanuni yolu olmasa da xüsusi bir qərarla bu məsələni həll etmək olar. Buna görə də aidiyyəti qurumlara bu məsələdə bizə köməklik göstərmələri üçün müraciət edirəm", - F.Əhmədovun atası bildirir.

O qeyd edir ki, bu il attestat ala bilsələr qarşıda keçiriləcək SAT imtahanlarına qatılmaq hüquqları da olar. Bu məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun səyyar qəbulunda da olublar.

Dövlət İmtahan Mərkəzindən məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Cavabda o da qeyd olunur ki, sınaq imtahanları abituriyentlərin imtahana daha da səmərəli hazırlaşmasına kömək məqsədi ilə keçirilir. Buna görə də sınaq imtahanları ali məktəblərə qəbul olmaq və ya attestat almaq üçün əsas deyil.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirdi ki, bunun üçün F.Əhmədov eksternat imtahanlarında iştirak etməli idi: "Artıq imtahanlara az bir zaman qalıb və bu məsələ ilə bağlı vaxtında müraciət etmək lazım idi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3694   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 253
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 218
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 794
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 721
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 332
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1109
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 135