"Son zəng"də yoldaşını bıçaqlayıb qaçan şagirdlə bağlı SON XƏBƏR

"Son zəng"də yoldaşını bıçaqlayıb qaçan şagirdlə bağlı SON XƏBƏR
“Son zəng” günü məktəb yoldaşını bıçaqlayan şagird polis tərəfindən yaxalanaraq şöbəyə gətirilib.

BiG.AZ xəbər verir ki, bu barədə yenicag.az-a Qobustan rayon polis şöbəsindən məlumat verilib:

“Bu dəqiqələrdə hadisə yerindən qaçan R.Abdullayev axtarış-əməliyyat tədbiri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. O hazırda müstəntiq tərəfindən dindirilir”.

Qeyd edək ki, Qobustanda A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1157 Tarix: 14.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər