"Elşad Xose bizi təhqir etdi" - Hüsniyyə

"Elşad Xose bizi təhqir etdi" - Hüsniyyə

Aparıcı Hüsniyə Məhərrəmova “VarYox” adlı layihənin qonağı olub.

Axşam.az-ın məlumatına görə, o, aparıcısı olduğu “V element” verilişi haqda açıqlama verib. O, buraxılışlardan birinə qonaq olan reper Elşad Xosenin studiyanı tərk etməsindən söz açıb:
“Elşad Xose gəldi, sonra çıxıb getdi. Verilişin sonuna kimi boş-boş danışdıq. Bunun səbəbini də sizə deyim. Məqsəd efiri doldurmaq idi. Efir “setka”sı deyilən bir şey var. Bir qonağa görə verilişin yarısını kəsməyə ixtiyarın yoxdur. O zaman vaxtı doldurmaq, verilişi davam etdirmək lazım idi. Ona görə də elə improvizələr etdik.

Elşad Xosedən hər zaman xoşum gəlib, dinlədiyim azərbaycanlı ifaçılardan biridir. Amma belə oldu. Sonra gedib öz səhifəsində bizi təhqir etdi. Mənə bir çox sözlər deyilmişdi. Onun yazdığı ifadəni hələ öz ünvanıma eşitməmişdim. Sağ ol, Elşad”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1045 Tarix: 13.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər