Bir ailənin 6 üzvü qəzaya düşdü – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

Bir ailənin 6 üzvü qəzaya düşdü – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO
Zaqatalada bir ailənin 6 üzvünün xəsarət aldığı yol qəzası olub.

ARB TV xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Tülü kənd sakini, 44 yaşlı Ramiz Seyidov “Mersedes” markalı minik avtomobili ilə Bakıdan Balakən rayonu istiqamətində gələrkən idarəetməni itirərək, yolun kənarına yuvarlanıb. Qəzadan sonra sürücü Ramiz Seyidov, onun həyat yoldaşı 37 yaşlı Aytən Seyidova, onların övladları, 18 yaşlı Xəqani, 17 yaşlı Sənan, Ramizin bacısı 42 yaşlı Esmira Məmmədova və qızı 4 yaşlı Fatimə Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra öz istəkləri ilə müayinə və müalcələrini davam etdirmələri üçün Balakən MRX-a göndəriliblər. 3 yaşlı Fatimə Məmmədova reanimasiya, Ramiz Seyidov və Esmira Məmmədova isə cərrahiyə şöbəsinə yerləşdirliblər.

Digər yaralıların vəziyyətləri yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Şaban Ramazanov – Həkim: “Xəstələrdən birində alın nayihəsinin əzilmiş-cırılmış xəsarəti qeydə alınmışdı. Xəstəyə ilk müalicə olundu, yarası bərpa olundu və ambulator müalicəyə göndərildi. Qalanlarının vəziyyəti isə normaldır”.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1103 Tarix: 12.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər