ABŞ Azərbaycan sərhədində müharibəyə hazırlaşır: 12 maddəlik YENİ STRATEGİYANIN SİRRİ

ABŞ Azərbaycan sərhədində müharibəyə hazırlaşır: 12 maddəlik YENİ STRATEGİYANIN SİRRİB planı yoxdur: ABŞ İranda istədiyi müharibə zəminini hazırlayır.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" kanalının siyasi ekspertlərlə hazırladığı analizdə deyilir.

Ekspertlər hesab edirlər ki, İran üçün hazırlanan yeni strategiya Yaxın Şərqdə müharibə ehtimalını gücləndirir.

Tehran Universitetinin professoru Mohammad Marandi İranın nüvə anlaşmasından çıxacağını vurğulayıb: "İran Avropa ölkələrinin anlaşmanı qorumaq cəhdlərinə şübhə ilə yaxınlaşır. İran nüvə proqramını sürətlə davam etdirəcək və nəticə əldə edəcək".

İranın dini lideri Ayətullah Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti dünən verdiyi açıqlamada "Avropadan İranla nüvə razılaşmasını davam etdirməklə bağlı ikibaşlı açıqlamalar verirlər" deyə bildirib.

"Bəzi Avropa ölkələri bir tərəfdən İranla nüvə razıaşmasına sadiq olduqlarını və iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini deyir, digər tərəfdən, ABŞ-a qarşı çıxmayacaqlarını və İranı müdafiə etməyəcəklərini bildirirlər. Avropalı rəsmilərin ikibaşlı açıqlamaları şübhəlidir", - deyə o qeyd edib.

"Əl-Cəzirə" kanalı ABŞ dövlət katibi Mayk Pompeonun İran haqqında açıqlamalarının Vaşinqtonun Tehranda hakimiyyəti dəyişdirmək istədiyinin sübutu olduğunu vurğulayıb.

"Röyters" agentliyinə danışan İran rəsmilərindən biri isə Pompeonun sözlərinə belə cavab verib: "ABŞ hüquqazidd istəklərini qəbul etməsi üçün İrana təzyiq edir. Pompeonun dedikləri ABŞ-ın İranda hakimiyyəti dəyişdirməyə çalışdığını göstərir".

Qeyd edək ki, Pompeo Vaşinqtonun İrana 12 tələbini açıqlayıb:

1.İran nüvə proqramının bütün əvvəlki hərbi aspektləri haqqında MAQATE-ni məlumatlandırmalıdır.

2.İran ağır su reaktorun bağlanması da daxil olmaqla, plutoniumun zənginləşdirilməsini dayandırmalıdır.

3. İran MAQATE-yə ölkənin bütün ərazisində yerləşən obyektlərə giriş üçün imkan yaratmalıdır.

4. İran ballistik raketlərin yayılmasını dayandırmalı və nüvə silahı üçün daşıyıcıların hazırlanması proqramına son qoymalıdır.

5. Tehran amerikalıları və ABŞ-ın müttəfiqləri olan ölkələrin vətəndaşlarını azad etməlidir

6. İran Yaxın Şərqdə "Hizbullah", "Həmas" və "İslam Cihadı" da daxil olmaqla, terror qruplaşmalarına dəstəyi dayandırmalıdır.

7. İran İraq hökumətinin müstəqilliyinə hörmət etməli və şiə qoşununun reinteqrasiyasına icazə verməlidir.

8. İran qoşunu husilərə dəstəyini dayandırmalı və Yəməndə siyasi münaqişənin həlli üzərində işləməlidir.

9. İran komandanlığı altında olan bütün güclər Suriyanın bütün ərazisindən çıxmalıdır.

10. İrandan Əfqanıstanda Talibana dəstəyi dayandırmalıdır.

11. İran "Əl-Qaidə"yə dəstəyi dayandırmalıdr.

12. İran İnqilabı Keşikçilər Korpusu terrorizmə dəstəyi dayandırmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1282   Tarix: 22 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304