"Səməd Seyidov istefa verməlidir" - POLİTOLOQ

"Səməd Seyidov istefa verməlidir" - POLİTOLOQ

“Səməd Seyidov istefa verməlidir”

BiG.AZ verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, Səməd Seyidov mətbuat konfransında deyib ki, AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək:

"Səməd Seyidov istefa verməlidir" - POLİTOLOQ

“Halbuki, o Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun “Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, Sən Azərbaycan deyilsən, dövlətin adından danışma”.

Politoloq hesab edir ki, Səməd Seyidov bir başqa addım atmalıdır: “Yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 401 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər