Zirə qəsəbəsinin sakinləri AYAĞA QALXDI: Nəqliyyat sistemlərindən NARAZILIQ

Zirə qəsəbəsinin sakinləri AYAĞA QALXDI: Nəqliyyat sistemlərindən NARAZILIQ

Zirə qəsəbəsinin sakinləri nəqliyyat sistemindən narazıdır.

Bu barədə BiG.AZ-ın redaksiyasına üz tutan sakinlər 187 nömrəli Zirə qəsəbəsi - Koroğlu metrosu istiqamətində hərəkət edən və Zirə qəsəbəsindən Pirallahı istiqamətində hərəkət edən 180 nömrəli sərnişin avtobuslarının istiqamətinin dəyişdirilməsini tələb edirlər.

Onların sözlərinə görə artıq Zirə qəsəbəsi böyüdüyü və insan sayının çoxaldığı üçün artıq oraya da avtobusların gəlməsi zərurəti yaranır. Hətta onlar bu barədə rəsmi qurumlara da müraciət ediyini bildirirlər.

Zirə qəsəbəsinin sakinləri AYAĞA QALXDI: Nəqliyyat sistemlərindən NARAZILIQ

Bu barədə BiG.Az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən avtobusların təsdiqlənmiş qrafik üzrə hərəkət ediyini bildirib:

"Təsdiqlənmış hərəkət sxeminə uyğun olaraq qeyd edilən marşrut xətləri üzrə avtobuslar Zirə İdman Kompleksinə tərəf getmir. Əgər sakinlər dediyi kimi orda sərnişin axını varsa və avtobusların həmin ünvana getməsinə zərurət varsa buyurub Bakı Nəqliyyat Agentliyinə müraciət eləsinlər və məsələ araşdırılsin. BNA vətəndaşların müraciətlərinə hər zaman diqqətlə yanaşıb. Faəliyyətimizin də əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır".

Əhməd Haralı
BiG.AZ

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1010 Tarix: 17.04.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər