Məşhur alim xərçəngin yaranma səbəbini açdı

Məşhur alim xərçəngin yaranma səbəbini açdıXərçəngin yaranmasının əsl səbəbini açıqlayan türkiyəli professor Canan Karatay səhərlər ət yeməyi tövisyə edib.

Sağlam qidalanmaq haqqında verdiyi açıqlamaları ilə böyük müzakirələrə səbəb olan kardioloq Türkiyədə və Avropada xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin 1986-ci ildə Ukraynanın Çernobıl şəhərində yerləşən nüvə stansiyasının partlaması olduğunu vurğulayıb:

"Çernobıl hadisəsi bütün Avropa və Türkiyəyə təsir edib. Avropada bir çox ölkə bunun üçün tədbirlər görüb. O dövrün liderləri bunu gizlətməyə çalışdı ki, insanlar təşvişə düşməsin. Amma radiasiya buludu üzərimizdən keçib və bunu inkar etmək olmaz.

Xərçəng xəstəliklərinin artımında qidalanmanın böyük payı yoxdur. Qara dənizin çayı, balığı, fındığı çox sağlamdır, ancaq bunlar şüayla birləşəndə zərərli olur. Sağlam olmaq üçün bol-bol cağ kababı, kənd toyuğu və Trabzon yağı yeməyi məsləhət görürəm".

Daha sonra Canan Karatay bildirib ki, şəkər xəstəliyi yanlış qidalanma nəticəsində yaranır:

"Gənclər bizim gələcəyimizdir. Onların sağlam olması üçün sağlam qidalanması lazımdır. Sağlam düşüncə sağlam bədəndə olur. Ruh və bədən sağlamlığı bir-birindən ayrılmır, onlar vəhdət təşkil edir. Odur ki, bütünlüklə sağlam olmaq üçün torpağın sağlam olması vacibdir.

Şeyx Edebali deyirdi ki, torpaq sağlam olmasa, əkdiyiniz heç bir toxum bitməz. Mən də deyirəm ki, şəkər kimi xəstəliklər dərman çatışmazlığından deyil, bədəndəki bəzi hormonal ferment və bəzi materialların çatışmazlığından qaynaqlanır. Şəkər xəstəliyi genetik deyil, birbaşa qeyri-sağlam qidalanma ilə bağlıdır".

Professor sözlərinə onu da əlavə edib ki, səhərlər ət yemək faydalıdır:

"Təbii ki, səhər yeməyində ət yeyilə bilər. Bunun heç bir mənfi təsiri yoxdur. Yalnız yanında plov, çörək, kartof qızartması yeməyin".(Milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5864   Tarix: 16 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024