Uşağı 5 dəqiqəyə necə yatızdırmaq olar?

Uşağı 5 dəqiqəyə necə yatızdırmaq olar?Bir çox valideynlər uşağının pis və ya gec yatmağından şikayət edir. Əksəriyyət uşağı ən azı yarım saat ya ayağında, ya da yatağında yellədərək yatdızdırır. Və valideyn həqiqətən uşağın məhz yelləndiyinə görə yatdığını düşünür. Halbuki bu, heç də belə deyil.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, bir çox evlərdə uşağın yatmağı işgəncə halını alır. Hələ iki, üç azyaşlı uşaqlarla vəziyyət daha da pisləşir. Necə ki, bizdə. Əkiz uşaq anası kimi bu, mənə ikiqat çətin idi. Uşaqları yatızdırmaq üçün min cür yoldan istifadə etmişəm. Ancaq ən effetiv üsulun məhz bu olduğunu anlamışam.

Əkiz övlad valideynlərinə məsləhətim, uşaqları tək-tək bu üsula öyrəşdirməkdir. Mən böyük əkiz tayı digərindən bir həftə əvvəl öyrətməyə başladım. Əsas çətinlik onda idi ki, böyük tay yellənməyə, balaca isə qucaqda yatmağa öyrəşmişdi. Bəzən böyük oğlumu bir saata yaxın yelləncəkdə yellətdiyimiz olurdu. Digər əkiz tay isə qucaqdan yerinə qoyulan kimi oyanırdı, yenidən qucağa istəyirdi. İndi isə günorta və gecə yuxuya getmələri cəmi 5 dəqiqə çəkir.

Hazırlıq

Sadəcə daha iradəli və bir az da "daşürəkli" olub uşağı öz yatağına qoyaraq gözləməlisiniz. "Mənim ürəyim gəlməz", "elə içdən ağlayır, hıçqırır ki, dözə bilmirəm", "bizim uşaq üçün deyil bu üsul" deməyin! Bu üsul bütün uşaqlar üçün keçərlidir.

Üsulun əziyyəti bir neçə gün (daha dəqiq desək, 3 gün) olur. Bunun üçün siz əvvəlcə evdəkiləri xəbərdar etməli və onlara da qərarlı olmağı başa salmalısınız. Bəzən analar uşağın ilk gün ağlamağına dözsə də, ata, yaxud digər qohumlar buna qarşı çıxır, gəlib uşağı yataqdan götürürlər. Belə hallar olmamalıdır! Bu zaman uşağın anasına qarşı fikri dəyişə bilər, xüsusən yaşı 2-dən yuxarıdırsa. Anasının qərarının keçərli olmadığını görmək uşağı sarsıda bilər. Uşaq anasının əsas tərbiyəçi olduğunu məhz bu cür şeylərlə dərk etməlidir.

İlk günün çətinliyi

Birinci gün uşaq nəyin baş verdiyini anlamır, axı niyə anası onu yırğalamır, niyə əvvəlki kimi nazı ilə oynamır deyə əsəbləşir, ağlayır. Bu halda əgər uşaq artıq hər şeyi başa düşən yaşdadırsa, ana ona böyük insan olduğunu və yatmağı öyrənməli olduğunu deməlidir. Çox ağlasa, başını sığallamaq, belini ovuşdurmaq kimi yüngül hərəkətlər edə bilər. Uşaq yatağından qalxıb çox ayaq üstə durarsa, onu yenidən yerinə yatızdırmalı, uyğun yuxu pozisiyasını almağa kömək etməlidir. Asta səslə layla oxuya da bilər. Yaxşı olar ki, ana uşaq səhər öz yerində yatdığı üçün xırda bir hədiyyə də versin.

Əgər uşaq 1 yaşında, yaxud daha balacadırsa, ona qucaqlayıb yatması üçün oyuncaq verilə bilər. Yuxarıdakı yatırtma üsulu onlara da aiddir. Uşağı yaxşı olardı ki, 6 ayından etibarən bu üsula öyrədəsiniz.

İlk günün çətinliyi sizi qorxutmasın, uşağın yaşından asılı olaraq bəzi hallarda 40 dəqiqə, bəzən isə 2 saata yaxın davam edə bilər bu proses. Əmin olun ki, 2-ci və 3-cü günlər daha asan olacaq. Sizin uşağınız istisna deyil.

Məsləhət

Uşağı hər gün eyni vaxtda səhər (saat 8:30-dan gec olmayaraq) yuxudan durğuzmağa, axşam isə eyni vaxtda (21:30-dan gec olmayaraq) yatızdırmağa öyrədin.

Bizə uşaqlar balaca olanda tez-tez "uşaqdı, nə vaxt istəsə onda da yatar" deyirdilər, ancaq bu, çox səhvdir. Uşağa hörmət yuxudan başlayır. Azyaşlılar gecə ən azı 10 saata yaxın yatmalıdırlar. Gecə 1-də yatan uşaq ən çox nə qədər yata bilər ki? Yaxud onun günorta saatlarında yuxudan durması nə dərəcədə düzgündür?

Daha bir məqam da oyundur. Uşaq əgər yatmaq istəmirsə, demək valideynlərindən, oyundan doymayıb. Oyuncaqlar və televizor uşağın ehtiyaclarını ödəyə bilməz. Onun əsas ehtiyacı siz valideynlər və sizinlə oynayacaqları oyunlardır. Oyundan doyan uşaq rahat yatar.

Unutmayın, uşaq böyütmək işgəncəli yox, əyləncəli olmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2161   Tarix: 18 mart 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185