Azərbaycanda futbolçular toyda içdilər - oyuna getmədilər

Azərbaycanda futbolçular toyda içdilər - oyuna getmədilər
AFFA-nın keçirdiyi Region Liqasının "Oğuz” – "Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

Səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

Bu barədə oxu.az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:

"Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1310 Tarix: 13.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər