"Müəllimə komadadır, şagirdlərin həyat təhlükəsi yoxdur" - Xəstəxanadan açıqlama

"Müəllimə komadadır, şagirdlərin həyat təhlükəsi yoxdur" - Xəstəxanadan açıqlama
Xəbər verdiyimiz kimi, Yevlaxda şagirdləri daşıyan "Vito" markalı mikroavtobusun toxuculuq müəssisəsi yaxınlığında "QAZ-53" markalı avomobillə toqquşması nəticəsində 19 nəfər xəsarət almışdı.

Minqəçevir Şəhər Mərkəzi xəstəxanasından unikal.org-a verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə 1 müəllim, 2 şagird yerləşdirilib.

Şöbədə müalicə alan müəllim Əntiqə Qoşqarlının vəziyyəti ağır-stabildir. Müəllim kəllə-beyin travması, beyindaxili qanaxma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, komadadır. Reanimotoloqların bildirdiyinə görə Əntiqə Qoşqarlının həyatı təhlükəsi var. Bununla belə, reanimasiya şöbəsində 2 şagird də müalicə alır. Şagirdlər Rəvan Əhmədov və Manana Mehdiyevanın isə həyatı təhlükəsi yoxdur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 990 Tarix: 12.03.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
TehsinDemirbeyli
TehsinDemirbeyli 12.03.2018
yaziqlar yeqin imtahana gedende olub qeza


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər