Aparıcı canlı yayımda əlbəyaxaya çıxdı - VİDEO

Aparıcı canlı yayımda əlbəyaxaya çıxdı - VİDEO
Rusiyanın NTV telekanalında canlı yayımlanan “Mesto vstreçi” (Görüş yeri) proqramında dava düşüb.

Proqramın aparıcısı Andrey Norkin ukraynalı politoloq Dmitri Suvorovla əlbəyaxa davaya çıxıb.

Hadisə Ukraynanın Donbas bölgəsindəki vəziyyətin müzakirəsi zamanı baş verib. Donbasa səfər etmiş almaniyalı deputat Andreas Mauer bölgədə münaqişə nəticəsində yüzlərlə uşağın öldüyünü iddia edib. Buna sərt reaksiya verən ukraynalı politoloq Dmitri Suvorov ölən uşaqların şəkillərini təqdim etməyi tələb edib. Aparıcı Andrey Norkin politoloqa yaxınlaşaraq onun çiynindən tutub və bu zaman onların arasında dava düşüb.

Həmin anın görüntüsünü təqdim edirik:

mənbə: yenicag.az


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1692 Tarix: 22.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər