Əkizlər yenidən ATV-də

Əkizlər yenidən ATV-də
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları da uzun illərdir ATV kanalının “qara siyahı”sında idi.

BiG.AZ-ın məlumatına görə, bu günlərdə “Xəzər” telekanalındakı aparıcılıq fəaliyyətinə son qoyan bacıların ATV-dəki qadağası da götürülüb. Belə ki, Sevil və Sevincin sözügedən kanalın mikrofonuna müsahibə verərkən çəkilən şəkilləri sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, əkizlər ATV-də yayımlanan “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olublar. Daha sonra onlar “Xəzər”də aparıcı kimi çalışmağa başlayıb. Bundan sonra ATV onlara efir qadağası qoymuşdu.

Sevil və Sevinc bu yaxınlarda müsahibələrinin birində “Nə bilmək olar, bəlkə bundan sonra bizə qadağa qoyan kanallara da çıxdıq” sözlərini demişdi.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3565 Tarix: 21.02.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər