"Əlim, ayağım tutulmuşdu..." - Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyeva

"Əlim, ayağım tutulmuşdu..." - Onurğa iflicindən əziyyət çəkən Könül Xasıyeva"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib.

O, zarafatcıl olduğunu dilə gətirib: "Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam".

17 il dərdini içində gəzdirib heç kəsə bildirməyən Könül xanım 4 il öncə də ağır bir durumla üz –üzə qalsa da, heç kimin bundan xəbəri olmayıb: "17 ildir xəstəliklə mübarizə aparıram. Ancaq son dövrlərdəki kimi heç vaxt olmamışdım. 2013-cü ildə sadəcə əlim, ayağım tutulmuşdu. Onu isə həkim Heydər Aslanov müalicə etdi. Əlim, ayağım tutulanda İsraildən imtina gəlmişdi ki, daha gecdir. Amma azərbaycanlı həkimimiz 3 aya məni müalicə etdi. Evdən bayıra çıxmadım. O vaxt xəstələnəndə heç kim bilməmişdi".

İfaçı indiki durumu ilə bağlı da danışdı: "İndi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ayağım açılıb, gəzirəm, əllərim açılıb, nitqim açılıb, danışıram, oxuyuram. Yavaş-yavaş işimin başına qayıdıram".

Çox çətinliklərlə üzləşən, mübarizə aparan və hər mübarizədən üzüağ çıxan Xalq artisti, mart ayında sevənləri önünə konsert proqramı ilə çıxacaq: "Martın 17-si 50 yaşım tamam olur. Balıq bürcüyəm. Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayevlə görüşdüm. Fərhad müəllim də dedi ki, 17-sində tədbir var, bəlkə, konsertiniz ayın 16-sı olsun. Dedim, lap yaxşı. Martın 17-si də ailəmlə doğum günümü qeyd edərəm. Vida konsertim olacaq. Efirlərə çıxacam, məclislərə gedəcəm, amma solo konsert bəsdir. Hiss edirəm ki, daha gücüm yoxdur".

Mart konserti ilə sevənlərindən ayrılan, onlarla vidalaşan Könül Xasıyeva artıq bu cür ağır işlərin arxasınca gedə biləcək gücünün qalmadığını söylədi: "Konsert verərkən, 2-3 ay məşqlər gedir, biletlərlə maraqlanmalısan. Başım işə qarışanda övladım diqqətdən kənar qalır. Belə ağır işlərin arxasınca getməyə gücüm qalmayıb. Efirlərə getməyəndə övladımla oturub söhbət edirdik. Onda 9 yaşı vardı. Oğlum dedi ki, ana, sən sağalsan, efirlərdə sağalacaqsan. Efirlərə get. Uşaq bu məsələni ürəyinə salmışdı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 989   Tarix: 19 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2207
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 956
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 887
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 560
.

"Nə Fərda, nə "Komedixana" mənə maraqlıdır"

Aktyor Müşviq Şahverdiyev yumor aktyorları ilə bağlı qalmaqallı açıqlama verib. Axşam.az xəbər verir ki, bu haqda "Rəngarəng səhər" proqramında danışan Müşviq "Digər yumoristlər mənə maraqlı deyil" sözlərinə belə reaksiya verib:. "Öz işimlə məşğulam, heç kim də mənə maraqlı deyil

25.04.2024 1057
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 986
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 521
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 500
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

17:04 175