"Xəzər İnşaat XXI əsr" MTK rəhbəri sakinlərin şikayətinə aydınlıq gətirdi: "Əsassızdır..."

"Xəzər İnşaat XXI əsr" MTK rəhbəri sakinlərin şikayətinə aydınlıq gətirdi: "Əsassızdır..."Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" massivində yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan bina sakinləri "Xəzər İnşaat XXI əsr" MTK-nın etdiyi özbaşınalıqlardan narazı olmaqları ilə bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət ediblər. BiG.AZ satının əməkdaşları problemi araşdırmaq üçün həmin ünvana yollanıb.

"Xəzər İnşaat XXI əsr" MTK rəhbəri sakinlərin şikayətinə aydınlıq gətirdi: "Əsassızdır..."Məsələyə aydınlıq gətirən "Xəzər İnşaat XXI əsr" MTK-nın sədri Fikrət Məmmədov BiG.AZ-a açıqlamasında şikayətin əsasız və yalan olduğunu söyləyib: "Haqqında danışılan qapı yanğın və xüsusi fövqəlada hallar üçün tutulub. Əslində orada giriş yoxdur. Həmin qapı xüsusi hallarda işlənilməlidir. Sakinlərin istəyini nəzərə alaraq orada biz damafon qapı quraşdırmışıq. Bağlanan qapıda elə həmin damafon qapısı olub. Yanğın üçün nəzərdə tutulan qapı da daim bağlı olur. Ancaq xüsusi hallarda açılır. Damafon qapısının bağlanma səbəbi isə orda "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin su anbarı yerləşir. Sakinlər zibillərini həmin su anbarının ətrafına atırlar. Əslində bizim oradan çıxış yoxdur. Baş plana görə giriş başqa yerdəndir. Biz nəzarət edə bilmədiyimiz üçün həm də 9 mərtəbəli binanın sakinlərinin şikayətindən sonra o qapını bağlamalı olduq. Bundan sonra sakinlər sizə və polis bölməsinə şikayət etdilər. O qapıya yaxın yaşayan yaşlı insanları və uşaqları nəzərə alaraq damafon qapını açdıq. Orada pullu dayanacağın olması ilə bağlı iddianın heç bir əsası yoxdur".

Fikrət Məmmədov qeyd edib ki, sakinlər guya iddia edirlər ki, qazanxananın tikiləməsi ilə bağlı sakinlərdən yarım milyon pul yığmışıq. "Amma tikməmişik. Bu da əsasız yalan informasiyadır. Qazanxananın çəkilişini apara bilərsiniz. Hətta 3 il fəaliyyət də göstərib. Əhalidən pul yığılması da tamamilə yalandır. Özünüz də araşdıra bilərsiniz ki, heç bir sakindən qazanxana üçün pul yığılmayıb. "Xəzər İnşaat XXI əsr" MTK ilə payçı arasında müqavilə imzalanıb. Müqavilədə öhdəliklər qeyd olunub. "Xəzər İnşaat XXI əsr" MTK öhtəliyini tam icra edib. Avropa standartlarına uyğun mərkəzləşdirilmiş istilik sisitemini quraşdırıb. Özünüzdə baxa bilərsiniz. 3 il fəaliyyət göstərib. 3 ildən sonra problemin yaranma səbəbi də sonuncu Tarif Şurasının qazın qiymətini artırması oldu. Bu da "Xəzər İnşaat XXI əsr" MTK-nın günahı deyil. Sakinlər sayğaca uyğun qazın pulunu ödəməlidir. Qazın qiymətində artım olduqdan sonra sakinlər pulu ödəməkdən imtina etdilər. Bu da böyük borcun yaranmasına səbəb oldu. Azəriqaz İstehsalat Birliyindən dəfələrlə borcla bağlı bildirişlər gəldi. Borc yenə də ödənilmədi. Buna görə qazın verilməsi bir gecədə dayandırıldı. Hətta "Xəzər İnşaat XXI əsr" MTK sakinlərin əvəzindən Azərqaz İstehsalat Birliyinə ödəniş etdi. Sonra vətəndaşlar bu pulu da qaytarmadı. Ona görə də sakinlərin şikayəti əsasız və qanunsuzdur. Bu "Xəzər İnşaat XXI əsr" MTK-ya qarşı ədalətsiz davranışdı. Biz dəfələrlə sakinlərə müraciət edib, bildirmişik ki, qazanxana tam işlək vəziyyətdədir. Borcunuzu ödəyib işlədin".

"Xəzər İnşaat XXI əsr" MTK-nın sədri vurğulayıb ki, Azəriqaz İstehsalat Birliyinə 47 min manata yaxın borc yığılıb. "Dəfələrlə borc bizim tərəfimizdən ödənilsə də sakinlərdən verdiyimiz pulu geri yığa bilməmişik. Tikintidən 60 min manat komunala pul ayrılmışdı. Bununla bağlı sakinlər məhkəməyə də müraciət edib. Araşdırmalar aparılıb. Bəlli olub ki, qazanxana tam işlək vəziyyətdədir. Sonra da sakinlər yığışıb qərara aldılar ki, biz qazanxananı işlətmək istəmirik. Ayrıca özümüzə kombi çəkdirəcəyik. Kombini də biz təchiz etmirik. Sadəcə quraşdırılmasına biz köməklik göstəririk. Əlbəttə kombinin quraşdırılması bizim işimiz deyil. Müqavilə də belə bir öhtəliyimiz yoxdur. Sadəcə biz sakinlərə kömək üçün quraşdırılmasını öz üzərimizə götürmüşük. Amma yenə də sakinlər bu addımızı da qiymətləndirmədilər. Qazanxananın istiliyini biz kvadratını 75 qəpikdən vermişik. Amma istənilən mütəxəssis gətirilib yoxlnılsa əslində kvadratı 0.98 və 1 manata gəlib çıxır".

Fikrət Məmmədov söyləyib ki, köhnə binalara qazın kvadratı 15 qəpikdən verilir. "Biz qazın qiyməti qalxan zaman İqtisadiyyat Nazirliyinə, Tarif Şurasına, Azəriqaz İstehsalat Birliyinə və "SOCAR"-a da müraciət etmişik. Bildirmişik ki, əhali üçün verilən 1750 kub metr güzəştdən istifadə hüququnu bizim sakinlər qazana bilmirlər. Azəriqaz İstehsalat birliyi bizə güzəşt etmir. Burada 650 mənzil var. Bu mənzillərin güzəştli limitini versin. Yerdə qalan hissəsini də qiyməti qaldırmadan öz boynumuza götürürük. Biz bu müraciətləri də sizə təqdim edə bilərik.
Müraciətlərimizin heç birinə müsbət cavab ala bilmədik. Hətta 300 sakin yığılıb özləri də müraciət etdi. Onların da müraciəti uğursuz oldu. Biz də qərara aldıq ki, bu qışı yola verəndən sonra qazanxananın fəaliyyətini dayandıraq. Ya borc yığılmalıdır ya da qazanxana bağlanılmalıdr. 2 otaqlı mənzil üçün 60-65 manat qazanxana üçün pul ödənilir. Amma kombi də isə 22 manat ödənilməlidir. Biz kombi satışı ilə məşğul olmuruq. Sadəcə imkanı olmayanlar üçün borc vermişik. Borc müqavilələrini də göstərə bilərik. Yardım etmişik ki, soyuqda qalmasınlar, kombilərini quraşdırsınlar. Sonra isə borclarını hissə-hissə ödəsinlər".

"Xəzər İnşaat XXI əsr" MTK-nın sədri onu da bildirib ki, hər ayın 5-nə bütün komunal borclar ödənilməlidir. "5-nə kimi ödəniş olmasa işığın, suyun və qazın verilməsi dayandırılır. Sakinlərin bir qısmi normal ödəyicidir. Bütün kompleksin işığı dayandırılanda onlara kimi cavab verəcək. Onlar tələb edir ki, mən vaxtında ödəyirəm, niyə mən işığım yoxdur. Yəni bəzilərinə görə başqaları əziyyət çəkir. Zibilliklə bağlı şikayət ediblər. Amma o zibiliyi yaradan da özləridir. Dəfələrlə xəbərdarlıq etmişik ki, su anbarının ətrafına zibil atmayın. Amma yenə də özləri zibilləndirib özləri də şikayət edirlər. Kompleks üçün zibilxana qurulub. Amma yenə də zibillərini su anbarının ətrafına atırlar. Hətta 9 mərtəbəli binanın sakinləri də bu barədə şikayət ediblər".

Müxbir: Aysel Yusifqızı
Operator və montaj: Pərviz Həşimi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 14 fevral 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497