"iPhone" tualetə düşdü - Çıxarmaq istəyəndə qolu...

"iPhone" tualetə düşdü - Çıxarmaq istəyəndə qolu...

Çinin Guangxi Zhuang Muxtar Bölgəsindəki Liuzhou şəhərində baş verən hadisədə Tan adlı adam bir kafenin tualetinə "İphone" markalı telefonunu salıb.

Telefonunu almaq üçün yerə uzanıb əlini içəri soxan adamın qolu unitazın dəliyinə ilişib.
Düşdüyü vəziyyətdən görə utanan adam yardım çağırmaq əvəzinə öz səyləri ilə xilas olmağa çalışıb. 30 dəqiqə boyunca çalışan adam sonunda qışqıraraq kömək istəmək məcburiyyətində qalıb.

1500 manat dəyərindəki "İphone 8" markalı telefonunu düşdüyü yerdən ala bilməyəcəyini anlayan adam qolunu da qaldığı yerdən xilas edə bilməyib. Yanğınsöndürənlərin yardımıyla heç bir sümüyü qırılmadan qolu düşdüyü yerdən çıxarılan adam hadisədən yüngül yaralarla xilas olub .

Tanın telefonu isə tapılmayıb.

mənbə: metbuat.az
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1289 Tarix: 13.02.2018


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər