Nazir və deputatların getdiyi hamam - FOTOLAR

Nazir və deputatların getdiyi hamam - FOTOLARBakının Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsi, 41 ünvanında yerləşən, özü də təkcə köhnə bakılıların deyil, nazir və deputatların da istirahət etməyi sevdiyi məşhur "Qasımbəy hamamı"nın 2018-ci ilin martında 140 yaşı tamam olacaq.

BiG.AZ "Sputnik Azərbaycan"a istinadən bildirir ki, keçmiş zamanlarda Bakıda belə hamamların sayı çox olub, çünki onda kanalizasiya və su sistemləri hər evdə olmayıb. Bu indidir ki, biz səhərlər duş qəbul edib işə qaçırıq.

Keçmişdə şəhər sakinləri üçün çimmək mərasimi əsl bayram olub. Təəssüf ki, hazırda köhnə hamamların əksəriyyəti dəhşətli vəziyyətdədir. Ona görə də bağlanıb.

"Qasımbəy hamamı"nın isə başqalarından fərqli olaraq bəxti gətirib. Çünki sahibləri onun mövcudluğunu qorumaq üçün mümkün olan hər şey ediblər. Hamam Azərbaycan Respublikası ərazisində dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin siyahısındadır. O, Bakı hamamları arasında ikinci ən məşhur hamam sayılır. Çünki bu hamamdan indiyə qədər də azərbaycanlılar və turistlər istifadə edir. Bununla əlaqədar olaraq, "Qasımbəy hamamı"nın rəhbərliyi 2018-ci ildə onun 140 illik yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir. Bu yubiley mərasiminə yerli məşhurların da dəvət edilməsi planlaşdırılıb.

Hamamın sahibi deyir ki, "Qasımbəy hamamı" 1878-ci ildə o zamanların məşhur milyonçusu, mesenat Qasım bəy tərəfindən tikdirilib və hamam elə onun adını daşıyır. Müəssisə rəhbərinin sözlərinə görə, hamamın binası sənədlərdə göstəriləndən daha qədimdir. Hazırda o, hamam binasının tarixini ətraflı öyrənməklə məşğuldur ki, onun inşa edildiyi ili dəqiq müəyyənləşdirsin.

Mülkiyyətçinin sözlərinə görə, o dövrlərdə islam qaydalarına əsasən, məscidlərin yaxınlığında hamam da tikilməli idi ki, inanclı insanlar ibadətdən əvvəl yuyuna və dəstəmaz ala bilsinlər. Bununla əlaqədar olaraq, Qasım bəy əvvəlcə məscid tikdirib, sonra isə onun yanında Bakı sakinləri arasında çox populyar olan hamamı inşa etdirib.

Sovet İttifaqı dağılandan sonra demək olar ki, bütün məişət və xidmət obyektləri özəlləşdirilməyə başladı. Məhz həmin vaxt, 1994-cü ildə hamamın hazırkı direktorunun atası bu hamamı özəlləşdirib və onun mülkiyyətçisinə çevrilib. Hamamı alandan sonra sahibi onu yalnız kişilərin istifadəsi üçün nəzərdə tutub. Direktorun sözlərinə görə, onlar Şəki və Biləsuvar əsilli olduqları üçün hər iki şəhərin adından ilk iki hərfi götürərək hamamı "ŞəBi" adlandırıblar. Hazırda Bakı sakinlərinin əksəriyyəti sözügedən hamamı bu adla tanıyır. Lakin sahibi hamamın adını yenidən dəyişmək niyyətindədir və yeni adı hamamın yubileyində elan edəcək.

"Mən ilk dəfə bu hamama gələrkən divarlardakı kafeli görəndə dərhal məşhur Azərbaycan filmi olan, daha çox "Papaq" adı ilə tanınan "Evlənmək istəyirəm" filmini xatırladım. Sən demə, filmdəki həmin epizod məhz elə bu hamamda çəkilib. Bu günlərdə, yaxında premyerası olacaq "Tayson" filminin bir neçə kadrı da bu hamamda çəkilib", - deyə direktor bildirib.

Hamam xüsusi mülkiyyətə çevriləndən sonra, hazırkı sahibinin ilk işi hamamı əsaslı bərpa etmək olub. Çünki hamam onda çox bərbad vəziyyətdə imiş. Hazırda hamam köhnəsinin tam əksidir. Burada müştərilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Direktor qeyd edib ki, təmir zamanı köhnə hamamın yarandığı gündən burada olan bir sıra əşyalarını qoruyub saxlamağa çalışıblar. Misal üçün hazırda böyük qiyməti olan mebel və rəsmlər hamamda qalır. Amma direktorun onlardan ayrılmaq fikri yoxdur. O, həmçinin qeyd edib ki, təmir hamamın qədim ruhunu qoruyub saxlamaq üçün köhnə stildə aparılıb.

Hazırda hamamda VIP-müştərilər üçün və sadə adamlar üçün kabinetlər mövcuddur. Çünki bu hamamın özəl qonaqları arasında bir çox nazirlər, deputatlar, Milli Məclisin üzvləri və məşhur şəxsiyyətlər olur. Direktor qeyd edib ki, hamamın ziyarətçilərinin ilk işi duş qəbul etməkdir. Duşdan sonra onlar buxar otağına gedirlər. Çimmək mərasimi hovuzla tamamlanır. Bütün bunlar müştərilərin istəyindən asılıdır.

Bu hamama ən çox qışda tələbat olur. Buxar otağı insanın bədənindən zərərli maddələrin çıxarılmasına və onu sağlamlaşdırmağa qadirdir. Hamamı əsasən bazar günləri ziyarət edirlər. Amma elə insanlar da var ki, onlar hər gün işdən sonra dincəlmək üçün hamam gedirlər.

Nazir və deputatların getdiyi hamam - FOTOLARNazir və deputatların getdiyi hamam - FOTOLARNazir və deputatların getdiyi hamam - FOTOLARNazir və deputatların getdiyi hamam - FOTOLARNazir və deputatların getdiyi hamam - FOTOLARNazir və deputatların getdiyi hamam - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1964   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 2
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

15:23 143
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 145
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 95
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 641
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 117
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmir" - Politoloq

Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib ki, Avropa Parlamenti tərəfindən qəbul edilən qətnamə əsassızdır və Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir. Politoloq Elşən Manafov -a bildirib ki, qətnamə ölkədə insan haqları ilə bağlı obyektiv gerçəklikləri ehtiva etmi

14:33 182
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413