Bakıda nadir əməliyyat: Palatada cəmi bir gün...

Bakıda nadir əməliyyat: Palatada cəmi bir gün...Azərbaycanda mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatı keçirilib.

BiG.AZ teleqraf.com-a istinadən xəbər verir ki, unikal əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim komandası icra edib.

Rəşad Mahmudovun rəhbərliyi altında çalışan həkim pediatrik-kardioloq Mədinə Yüzbaşova bildirib ki, 18 yaşlı xəstə Bakı Ürək Mərkəzinə müraciət edib: "Xəstə müayinə olunduqdan sonra onda anadangəlmə ürək qüsuru – posterior muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulub və qapalı üsulla bağlanması uyğun görülüb.

Ötən il oktyabrın 12-də xəstəyə ölkədə ilk dəfə bu Mərkəzdə yaradılmış hibrid əməliyyatxanada yerli və xarici mütəxəssislərdən ibarət peşəkar komanda tərəfindən iki saata yaxın davam edən mədəciklərarası çəpərin defektinin amplatzer cihazı ilə bağlanması icra olunub.

Kəsiksiz, damardan daxil olmaqla aparılan əməliyyatdan sonra heç bir fəsadlaşma müşahidə olunmayıb, xəstə palataya köçürülüb və səhər evə yazılıb".

Azərbaycanda bu günə kimi Posterior Muskulyar mədəciklərarası çəpərin defekti diaqnozu qoyulmuş xəstələrdə açıq ürək əməliyyatı həyata keçirilirdi. Bu zaman xəstə bir həftəyə kimi xəstəxanada qalır, evə yazıldıqdan sonra isə bir ay ərzində fiziki gərginlik baxımından bir sıra məhdudiyyətlər qoyulurdu. Açıq ürək əməliyyat sonra bir sıra fəsadların müşahidə olunması ehtimalı var.

Mədəciklərarası çəpərin defektinin qapalı üsulla bağlanması əməliyyatının unikallığı isə məhz ondadır ki, əməliyyatın növbəti günü xəstə evə yazılır, fiziki gərginlikdə məhdudiyyətlərə gərək qalmır, bundan sonra xəstə yalnız planlı kardioloji müayinələrə gəlir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1027   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497