Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdilər

Saakaşvilinin tərəfdarları məhkəmə binasına hücum etdilər

Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları onun barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasının keçirildiyi Peçersk Rayon Məhkəməsinin binasına girməyə cəhd ediblər.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb.

Əlavə polis əməkdaşlarının gəlişindən sonra vəziyyət sabitləşib.

Qeyd edək ki, bu gün M.Saakaşvili barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. "Özümü həbs edilmiş kimi yox, hərbi əsirlikdəki kimi hiss edirəm", - M.Saakaşvili məhkəmə iclasında deyib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 538 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 11.12.2017
Sizi kimi werefli insanlar heyif cox azdi. Bilirem xaxollar guclu milletdir sizi qeyretsizlerin caynagindan alacey
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər