ABŞ səfirliklərindən Qüds xəbərdarlığı: Ehtiyatlı olun

ABŞ səfirliklərindən Qüds xəbərdarlığı: Ehtiyatlı olun

ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri ölkə prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarını elan etdikdən sonra vətəndaşlarını mümkün etiraz aksiyaları barədə xəbərdar edib.

BiG.AZ "Associated Press"ə istinadən xəbər verir ki, D.Trampın bəyanatından sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri öz rəsmi saytlarında amerikalıları ehtiyatlı olmağa çağıran xəbərdarlıq yerləşdiriblər.

ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yaxınlığında, eləcə də, İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir.

ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməyə qadağa qoyub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 350 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol