ABŞ-dan erməniləri əsəbləşdirən qərar

ABŞ-dan erməniləri əsəbləşdirən qərar

ABŞ Federal Apelyasiya məhkəməsi 1915-ci il hadisələrində ölən ermənilərin varislərinin özlərinə pul ödənməsi üçün sığorta şirkətlərinə iddia qaldıra bilməyəcəkləri barədə qərar verib. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, San-Fransiskodakı 9-cu Apelyasiya məhkəməsi, Kaliforniya əyalətində 11 il əvvəl qəbul edilən və 1915-ci il hadisələrində ölən ermənilərin varislərinə, sığorta şirkətlərinə qarşı iddia açma səlahiyyətini verən qanunu pozub. Məhkəmədəki 11 nəfərdən ibarət hakim heyətinin yekdilliklə verdiyi qərarda, alman sığorta şirkəti Munich Re AG-yə ermənilər tərəfindən qaldırılan iddia qəbul edilməyib.

Məhkəmə qərarın səbəbini belə açıqlayıb ki, xarici təşkilatları ABŞ məhkəmələrinə çıxarma səlahiyyəti yalnız federal hökumətdə var. "Konstitusiya federal hökumətə xarici məsələləri idarə etmədə yalnız bir səlahiyyət verib" deyə qərarda bildirilib."Xarici işlər doktrinasına görə, bu federal səlahiyyətə müdaxilə edən əyalət qanunları keçərsizdir", deyə qərarda əlavə olunub. Qərarda açıqca qeyd olunub ki, əyalət məhkəmələri xarici əlaqələrə təsir edə biləcək məsələlərə baxmaq səlahiyyətinə malik deyil.

Qeyd edək ki, Kaliforniya parlamenti tərəfindən 2000-ci ildə qəbul edilən qanun, həyat sığortası etdirdikdən sonra, 1915-ci il hadisələrində həyatlarını itirən ermənilərin varislərinə, sığorta pulunu götürmək üçün sığorta şirkətlərinə iddia qaldırmaq hüququ verirdi.

San Fransisko 9-cu Apelyasiya məhkəməsi 2009-cu ildə bu qanunu ləğv etmişdi. Ancaq eyni məhkəmə 2010-cu il dekabr ayında, anidən və "nadir" görünən qərar dəyişikliyiylə bu hökmü ləğv edərək, 1915-ci il hadisələrində ölən ermənilərin varislərinin, özlərinə pul ödənməsi üçün sığorta şirkətlərinə iddia qaldıra biləcəyini bildirmişdi. Məhkəmə keçən noyabr ayında isə bu hökmünü yenidən müzakirə etməyi qərarlaşdırıb. Apelyasiya məhkəməsinin son qərarı, məhkəmənin eyni iddia ilə bağlı üçüncü qərarıdır.

(YeS)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3437   Tarix: 25 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693