Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək.

BiG.AZ modern.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlərlə əlaqədar müddət uzadılıb.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6653 Tarix: 17.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər