Avronun bahalaşmasından sonra "qara bazar"da – SON MƏZƏNNƏ

Avronun bahalaşmasından sonra "qara bazar"da – SON MƏZƏNNƏ

Noyabr ayının 15-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib.
BiG.AZ fins.az-a istinadən xəbər verir ki, fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.
Mərkəzi Bankın avronu bahalaşdırması “qara bazar”a da dərhal təsir edib. Belə ki, avronun alışı 1.97 manatdan 1.99 manata, satışı is 1.99 manatdan 2.00 manata kimi yüksəlib. Başqa sözlə, bir gündə 0,5-1% bahalaşıb.

Rus rublu isə ucuzlaşmaqda davam edir. Belə ki, rublun alışı 2.83-2.84 qəpikdən 2.78 qəpiyə, satışı isə satışı isə 2.85 qəpikdən 2.80 qəpiyə düşüb. Bu isə rublun son həftə ərzində ən böyük ucuzlaşmasıdır-1,7%.
Qeyd edək ki, rublun ucuzlaşmasına əsas səbəb kimi, son günlər Rusiya valyutasının ABŞ dolları qarşısında enməsi götürülür.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 438 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol