Xocalı soyqırımı Los-Ancelesdə anıldı

Xocalı soyqırımı Los-Ancelesdə anıldıNoyabrın 9-da Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı "Bir Ürək Xilas Et" Fondunun birgə təşkilatçılığı və sözügedən Fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən 1938-ci ilin "Kristal Gecə"sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

BiG.AZ xəbər verir ki, oxu.az-ın məlumatına əsasən,Tədbirdə "Bir Ürək Xilas Et" Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Fondun üzvü Ester Blauqrund çıxış edərək, Baş Konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar "Kristal Gecə" haqda danışaraq, məhz 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün Nasist Almaniyasında yəhudilərə qarşı geniş miqyaslı poqromlara start verildiyini və bu qanlı gecənin 1945-ci ilədək 6 milyona qədər yəhudinin məhvi ilə nəticələnəcək Holokosta yol açdığını qeyd ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, XX əsrdə iki dəfə soyqırımına məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib.

1918-ci ilin Mart Soyqırımı haqda məlumat verən baş konsul bu soyqırım zamanı erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə Azərbaycan vətəndaşını amansızlıqla qətlə yetirdiklərini, bu soyqırımı faktlarının 1919-cu ilin "Nyu-York Times" qəzeti də daxil olmaqla, müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də, Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnakları tərəfindən azərbaycanlılarla yanaşı, yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı Soyqırımı haqda da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səylər göstərməlidir.

Holokost barədə danışan N.Ağayev qeyd edib ki, II Dünya Müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.

Xocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldıXocalı soyqırımı Los-Ancelesdə anıldı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 453   Tarix: 14 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda Cümü ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur v

26.04.2024 325
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

26.04.2024 151
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

26.04.2024 217
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

26.04.2024 175
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 138
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

26.04.2024 490
.

Rusiya: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır"

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-nin Ukraynadakı münaqişəni bilərəkdən uzatdığını bildirib. xəbər verir ki, Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edib. Şoyqu vurğulayıb ki, ŞƏT regionunda sabitli

26.04.2024 164
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 169