Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir – RƏSMİ

Sürücülərin DİQQƏTİNƏ: Maşın ustaları yol polisi ilə əlbir işləyir – RƏSMİAvtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir.

Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə müəyyənləşib. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə ciddi əməl olunmurdu.

Son günlərin müşahidələrinə görə, yol polisi təmir sexində dəmirçi və rəngsaz işləri gördürənlərə qarşı nəzarəti gücləndirib. Məsələ bundan ibarətdir ki, əgər avtomobilinizdə ən kiçik dəmirçi işi, yaxud rəngləməni həyata keçirmək istəyirsinizsə, mütləq yol polisindən nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış almalısınız.

Əks halda sizi 100 manat və daha çox məbləğdə cərimə gözləyir. Hətta avtomobili təmirə götürən sex bu barədə yol polisinə məlumat vermirsə, onu da böyük məbləğdə cərimə gözləyir. Ən yaxşı halda, cərimədən yaxa qurtarmaq üçün təmir sexinə gələn yol polisinə 50 manat "şirinlik" verməklə arayış ala bilərsiniz…

Modern.az-ın məsələ ilə bağlı suallarını Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb. O qeyd edib ki, avtomobil sahibi dəmirçi və rəngsaz işi zamanı DYP-yə mütləq məlumat verməlidir:

"Arayışın tələb olunması həm "Yol hərəkəti haqqında" Qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır. Ümumiyyətlə, təmir sexlərində dəmirçi və rəngsaz işlərinin görülməsi ilə bağlı mütləq dövlət yol polisindən möhürlü arayış olmalıdır. Bu arayış olmasa avtomobili təmirə qəbul edən hüquqi və fiziki şəxsləri böyük məbləğdə cərimə gözləyir. Hətta əzik vəziyyətdə avtomobilin duracağa qəbulu və orada qalması inzibati xəta tərkibi yardır.

Təmir, dəmirçi və rəngsaz işlərinin aparıldığı sexlərdə yol polisi tərəfindən verilmiş arayış olmadıqda, onu təmirə qəbul edən ustanın məsuliyyətə cəlb olunması nəzərdə tutulub.

Eyni zamanda, həmin avtomobil sürücüsünü hadisə ilə bağlı yol polisinə vermədiyi məlumat üçün inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə yaxud tələblər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir".

Şöbə rəisi bunun yol-nəqliyyat hadisələrinin qarşısını almaq, eyni zamanda, bağlı qalmış qəzalarla bağlı olduğunu vurğulayıb:

"Bu, əsasən, gizlədilən qəzaların aşkarlanmasına xidmət edir. Bu il baş vermiş yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və qapalı qalmış 21 hadisə qeydə alınıb. O hadisələr, belə yoxlamaların nəticəsində tapılıb. Ölümlərin hamısı açılıb, təxminən 8 hadisə, 6 xəsarət açılmamış qalıb".

V.Əsədov deyib ki, təmir sexləri yol polisi ilə əlbir işləyir:
"Sexlər qəbul edilən nəqliyyat vasitəsinin əzik, vurulmuş olması ilə bağlı bizə məlumat verirlər. Ola bilər, sürücü qapını açarkən yanlışlıqla divara vurub, yaxud nəqliyyat vasitəsinin detalı çürüyüb. Ümumiyyətlə, hansı səbəbdən olmasından asılı olmayaraq, vətəndaş qeydiyyatda olduğu ərazinin yol polisinə yaxınlaşıb avtomobil üzərində dəmirçi yaxud "malyar" işlərinin görülməsi ilə bağlı informasiya verməlidir. Yalnız yol polisinin ona verdiyi arayış əsasında təmir işini gördürə bilər.

Bu müddəa qanun qəbul edildiyi gündən qüvvədədir, sadəcə təkmilləşdirilib. Eyni zamanda, qanunların icrasına nəzarət gücləndirilib. Bu tədbirlər nəticəsində qəzaların, bağlı qalmış işlərin sayı azalıb.

Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsini "şpaklovka"lı vəziyyətdə idarə etdiyi halda, yol polisi tərəfindən dərhal saxlanılmalı və avtomobili hansı səbəbdən bu cür idarə etdiyinə dair izahat verməlidir. Törədilən xəta ilə bağlı konkret cəza nəzərdə tutulub".

V.Əsədov arayış üçün yol polisi tərəfindən 50 manat məbləğində vəsaitin tələb edilməsi ilə razılaşmayıb:

"Kim belə faktla qarşılaşıbsa, aidiyyatı üzrə məlumat versin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1669   Tarix: 19 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 368
.

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb. İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb. Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyab

15:58 77
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 117
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 244
.

Sevdanın Barselonada gerçəkləşməyən arzusu - Video

Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla ispaniyaya yollanıb. Axşam.az xəbər verir ki, Barcelonada gəzən cütlük bir çox turistik məkanlara girə bilməyib. Bu haqda Sevda sosial şəbəkədə paylaşım edib. Z.Bayramov dördüncü dəfə Barselonaya getdiyini, amma hələ də "Sagrada Família"

11:35 547
.

Bakıda məktəbin yaxınlığında BÖYÜK TƏHLÜKƏ - VİDEO

Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qəzalı vəziyyətdə olan ağac təhlükə saçır. Bu barədə məlumat -in qaynar xəttinə daxil olub. Bildirilib ki, 99 saylı tam orta məktəbin çıxışında yerləşən ağac qoparaq dəmir hasara ilişib. Baş verə biləcək xırda hadisə dəhşətli faciəyə səbəb ola bilər

14:45 292
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 426
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 724
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 517