Hacı İbrahim qəzada ölən qohumundan danışdı - "Qismət, nə etmək olar"

Hacı İbrahim qəzada ölən qohumundan danışdı - "Qismət, nə etmək olar"

3 gün əvvəl Hacıqabul-Horadiz yolunun İmişlidən keçən hissəsində ekskavatora çırpılan "pikap”da (sərnişin və yükdaşıyan avtomobil) ölən şəxs tanınmış iş adamı, Hacı İbrahim Nehrəmlinin (İbrahim İbrahimov) bacanağının oğludur.

Bu barədə modern.az-a Hacı İbrahim özü məlumat verib.

O qeyd edib ki, dünyasını dəyişən 41 yaşlı Vüsal İbrahimov Bakıda yaşayırmış: "Evi, ailəsi Bakıdadır, bir oğlu, bir qızı var. İşlə bağlı İmişlidə idi. Qismət, nə etmək olar”.

Qeyd edək ki, bu gün yayılan məlumatda V.İbrahimovun Hacı İbrahimin bacısı oğlu olduğu bildirilirdi.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1350 Tarix: 12.10.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər