"Girdiyim evlərdə oturub yemək yeyirdim" - 7 dəfə tutulan oğru - VİDEO

"Girdiyim evlərdə oturub yemək yeyirdim" - 7 dəfə tutulan oğru - VİDEOARB TV-nin "Rezonans" verilişində 7 dəfə məhkum olmuş Rafael Ağamalıyevin həbsxana hekayəsini təqdim edir.

Rafael Ağamalıyev (cəzası: 3 il 6 ay, ümumi 24 il): "Birinci dəfə divarı sökmüşəm. Kondisioner, sərinkeş, televizor və s götürüb satmışam. Daha sonra pulum bitib, yenə ora girmişəm. Bu dəfə də götürüb satanda polis əməkdaşları yaxınlaşıb satdıqlarımın sənədi soruşdu. O zaman tutuldum və 3 il iş aldım. Hər dəfə cəzam bitib çıxanda məhkum yoldaşlarım mənimlə zarafat edib deyir ki, sən məzuniyyətə gedirsən. Artıq bu, 7-ci məhkumluğumdur. Hər dəfə 2, 3, 4 il tutulmuşam. Çıxanda həmişə istəmişəm evlənim, iş qurum və s. alınmayıb. Çox peşman olmuşam. Bir dəfə içəridən çıxanda ticarətlə məşğul olmağa başladım, öz başımı saxlayırdım. Polis rəisi də tanıyırdı məni, görürdü. Sonra bir məhbus yoldaşım tapdı məni, dedim ki, gəl ticarət edək. Razılaşmadı, məni də çəkdi yanına, oğurluğa getdik. O, tutuldu, mən yox. Elə ev olub ki, qızıl, pul və s. çox şey oğurlamışam. Bir evdə divardan asılmış tros sep götürmüşəm. Haradasa qiyməti 10 min olardı, mən su qiymətinə satmışdım. Bir dəfə də bir evə girmişdim, kameranın kabelini kəsdim girdim. Bir də gördüm ki, mühafizə polisi gəldi. Sən demə, mən həbsdə olanda hər şey dəyişilibmiş.

Kameranın kabelini kəsəndə 4-5 saat "zaryadka" saxlayır və bir ucu mühafizə polisinə bağlıdır. Gəlib tutdular. Keçən dəfə də bir qoyun oğurladım maşına qoydum. Gördüm ki, polis məni güdür. Maşında yoxlanış etdilər, qoyunu görəndə dedim ki, özümünküdür. İnanmadılar, bölməyə apardılar, oradan da 4 il iş verdilər. Ailəm deyir ki, bir də tutulsan, yanına gəlməyəcəm, amma dözmürlər gəlirlər. Oğurluğa girəndə öz evim kimi girirdim. Dağıdırdım, yığırdım, hətta mətbəxtdə yemək olanda oturub yeyirdim. Bir dəfə ev sahibi evdə yatdığı halda oturub yemək yedim, soyuducudan əti, ərzaqları götürüb apardım. Onsuz da oğurladığım şeylərin pulu ilə ərzaq alacaqdım, buradan götürdüm. Heç kim oğurluq etməsin, hər yer kameradır. Başım çıxmır deyə tutuluram. Elə vaxt olub ki, 10 dəfə etmişəm tutulmamışam, 11-ci də tutulmuşam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1603   Tarix: 21 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 235
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 672
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

01.05.2024 211
.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?

Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta

01.05.2024 298
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Şöbə müdiri televiziya rəhbəri təyin olundu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub. Ü.Zülfüqar jurnalistlərə açıqlamasınd

01.05.2024 417
.

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

Bu il Azərbaycan xalqının Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq. apa-ya istinadən xəbər verir ki, 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında"

01.05.2024 1196
.

Kemal Sunalın həyat yoldaşı evlilik ildönümlərini qeyd edib

Mərhum türkiyəli aktyor Kemal Sunalın həyat yoldaşı Gül Sunal evlilik ildönümlərini qeyd edib. xəbər verir ki, bu barədə Gül Sunal sosial şəbəkədə paylaşım edib. "Kemal, bu gün 30 apreldir. Yaxşı ki, evlənmişik. 30 aprel 1975" ,- deyə o qeyd edib

01.05.2024 383
.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142