Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLAR

Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARTovuz rayonu, Qovlar şəhər 3 saylı məktəbi uçmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə adı çəkilən məktəbin direktoru Nüsrət Nəsirli məlumat verib.

Direktor ünvanladığı məktubda, məktəbdə hər an bədbəxt hadisə baş verəcəyini bildirib:

"Həmin məktəbə bir ildir ki, direktor təyin olunmuşam. Mən məsuliyyətimi dərk edərək məktəb haqqında məlumatları nəzərinizə çatdırıram. Gələcəkdə baş verəcək hər hansı hadisəyə görə mən məsuliyyət daşımıram. Məktəbin belə vəziyyəti haqqında Təhsil Nazirliyinə, Tovuz rayon Təhsil Şöbəsinə və digər lazımi orqanlara dəfələrlə məlumat vermişəm".

Məktəb direktoru bildirib ki, bina qəzalı vəziyyətdədir, "bir kubikin" üstündə dayanır, kiçik bir yeraltı təkan orda faciə törədə bilər.

"Keçən il,oktyabrın 20-də V sinfin sinif otağında, dərs zamanı gürzə ilanını özüm şəxsən öldürmüşəm. Bir uşağı ilan çalsa, bunun məsuliyyəti kimdə olacaq? Bina 1971-ci ildə tikilib, bir pəncərə şüşəsi, bir metr elektrik naqili normal deyil. Bütün naqillərin üzəri açıqdır, bir şagirdi, müəllimi, texniki işçini elektrik vursa, bunun məsuliyyəti kimin üzərində qalacaq? Bundan başqa, məktəb binasında 4-5 ailə məktəbin otaqlarını zəbt edib. Binada istilik sistemi olmadığına görə, onlar odun sobalarından istifadə edirlər və sobaların tüstü boruları birbaşa binanın damına çıxır. Adi bir qığılcım binada gec-tez yanğına səbəb ola bilər. Buna kim məsuliyyət daşıyacaq? Eyni zamanda, məktəb binasını zəbt etmiş ailələr, məktəbin həyətində ev quşları saxlayırlar və məktəb həyətində quş hinləri tikiblər, dəfələrlə deməyimə baxmayaraq, həmin vətəndaşlar, nə məktəb binasını tərk edirlər, nə də hinlərini sökürlər. Quş və heyvan səsləri dərs proseslərinə ciddi mane törədir. Məktəbin ərazisində nə hasar, nə də qoruyucu dəmir tor var, kənd vətəndaşlarının mal-qarası, ev quşları, qoyun-quzusu birbaşa məktəbin həyətində və ərazisində yemlənir", - deyə direktor bildirib.

Nüsrət Nəsirli məqsədinin həm də gələcək faciələrdən özünü sığortalamaq olduğunu deyib:

"Bu məktublar internetdə daimi qalacaq və istənilən an mənim deməyə sözüm var ki, mən vaxtında bu fəlakətlər haqqında məlumatımı vermişəm".

mənbə: oxu.az

Azərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLARAzərbaycanda şagirdlərin həyatı TƏHLÜKƏDƏ: Bu məktəb "bir kubikin" üzərində dayanır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 814   Tarix: 16 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544