"Evdə qaldı"ğına görə İNTİHAR EDƏN CƏMİYYƏT - Problemin kökü ailədir, yoxsa...?

"Evdə qaldı"ğına görə İNTİHAR EDƏN CƏMİYYƏT - Problemin kökü ailədir, yoxsa...?

Hər bir cəmiyyətin müəyyən yaş həddi var ki, o yaşda gənclərin ailə qurmağını və dünyaya uşaq gətirməyini tələb edirlər.

Son zamanlar gündəmi zəbt edən xəbərlərdən biri də evdə qaldığı üçün intihar edən qız oldu. Anası ilə bu mövzuda qalmaqal yaşayan xanım intihara cəhd etdi. Sosial şəbəkələrdə yayılan bu xəbər insanlar tərəfindən birmənalı qarşılanmadı.

BiG.AZ-ın budəfəki araşdırması, Azərbaycanda ailə qurmaq məsələsi mentalitet səbəbi ilə daha dəyişkəndir. Bəzən elə olur ki, karyera qurmaq istəyən və ya evlənməyə tələsməyən xanımlara "evdə qalmış" damğası vurulur. Bu cür anlayış qızların intiharına və ya evdən qaçmağına səbəb olur. Psixoloq Elnur Rüstəmov son zamanlar çoxalan qəsdetmə hallarına bu cür rəy bildirib:

"Belə hallar əsasən təhsildən yayınanlar və ya məcburi təhsildən uzaqlaşdırılan gənclər arasında baş verir. Məşğuliyyətləri olmayan, işsizlik problemi yaşayan xanımlar öncəliklə ailə qurmaq haqqında fikirləşirlər. Elə əsas problem də buradan başlayır. İstədiyi zaman evlənə bilməyən və ya hələ düzgün insanla qarşılaşmayan xanımlar ailə, qohum-əqraba təzyiqinə məruz qalır. Onlardan bəzilərinin isə çıxış yolu intihar olur. Əsl məqsədləri özlərini öldürmək deyil. Sadəcə, diqqəti özlərinə çəkmək istəyirlər.

Valideyn təzyiqinə məruz qalaraq, evlənmək yolunda addımlayan gəclər də var. Həri, nişan kimi prosedurları keçdikdən sonra məlum olur ki, bu insan ailə qurmağa hazır deyil. Sadəcə, ailəsi istədiyi üçün və ətrafdakıların dırnaqarası "evdə qaldın" zarafatlarından qurtulmaq üçün evliliyə razılıq verib".

Maira Namazova

"Evdə qaldı"ğına görə İNTİHAR EDƏN CƏMİYYƏT - Problemin kökü ailədir, yoxsa...?
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1218 Tarix: 11.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Mclass
Mclass 11.09.2017
Duz deyirler tehsilden yayinlardi coxu