Şeyxin qudası: "500-dən çox adamı Həccə göndərmişəm"

Şeyxin qudası: "500-dən çox adamı Həccə göndərmişəm"Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadə Səudiyyə Ərəbistanı hökumətinin yenidən həccə getmək istəyən zəvvarlar üçün 2000 rial (535 dollar) məbləğində vergi tətbiq etməsi məsələsinə münasibət bildirib.

Q.Salahzadə ölkə.az-a açıqlamasında deyib ki, sözügedən addım Həccə gedənlərin sayında azalmaya səbəb olmayacaq:

"Həcc ziyarəti Allahın istəyi ilə reallaşır. Allah istəməsə, heç kəsin ziyarəti baş tutmaz, qəbul olunmaz. Ona görə də mən bu cür addımların zəvvarların sayına ciddi təsir edəcəyini düşünmürəm. Yenə də deyirəm, hər şey Allahın istəyi ilə mümkün olur".

Keçmiş deputat Səudiyyə Ərəbistanı hökumətinin bu qərarının onu da Həcc ziyarətindən çəkindirmədiyini söyləyib:

"Allah istəmədən mən Həcc ziyarəti edə bilməzdim. Allah istədiyi üçün bu baş tutur. Ona görə də bu cür qərarlar məni çəkindirə bilməz. Qismət olsa, bu il də Həcc ziyarətinə gedəcəm. İndiyədək Həcc ziyarətində çox olmuşam. Hətta, 2 dəfə Kəbə Evinin içərisində olmuşam. Bu qədər Həcc ziyarətində olmaq hər adama nəsib olmur. Allaha yaxın olduğum üçün bunlar reallaşır. Elə olub ki, mən bir gündə Məkkə və Mədinəni ziyarət edib Bakıya qayıtmışam. Bir dəfə anam məni görüb dedi ki, ay bala, bəs sən Həcc ziyarətinə getmədin? Dedim, artıq gedib qayıtmışam. Yəni, anam da mənim bir gün ərzində Məkkə və Mədinəni ziyarət edib, Bakıya qayıtmağıma təəccüblənmişdi".

Q.Salahzadə onu dəfələrlə Həcc ziyarətinə getməkdə qınayanlara da cavab verib:

"Məni Həcc ziyarətinə çox getməkdə, kasıblara kömək etməməkdə qınayırlar. Ancaq həmin adamlar bilmirlər ki, mən hər zaman kasıbların yanında olmuşam, imkansız adamlara əl tuturam. İndiyədək 500-dən çox imkansız adamı Həcc ziyarətinə göndərmişəm. Məgər bu kasıba kömək deyil? Digər tərəfdən isə mən onlara maddi kömək etsəm də əsas Allah onların ziyarətini reallaşdırıb. Yoxsa ki, mən kiməm! Allah istəməsəydi, mən onlara kömək edə bilməzdim və onların Həcc ziyarəti baş tutmazdı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1775   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.