Maraqlı olay: İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı

Maraqlı olay: İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladıABŞ prezidentinin mətbuat katibi işdən çıxanda Ağ Evdən soyuducu oğurladı
ABŞ prezidenti Donald Trampın bu günlərdə gözlənilmədən işdən çıxarılan mətbuat katibi Şon Spayser Ağ Evi tərk edərkən işçilərin otağındakı mini-soyuducunu da xəlvəti şəkildə özüylə aparıb. BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, bu heyrətamiz hadisə barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla yazıb.
Qəzetin yazdığına görə Şon Spayser Ağ Evin mətbuat xidmətinin aşağı rütbəli əməkdaşlarından köməkçisi vasitəsilə xahiş edib ki, otaqlarında yeməkləri və içkiləri saxlamaq üçün istifadə etdikləri mini-soyuducunu ona bağışlasınlar. Lakin əməkdaşlar bundan qəti imtina ediblər, bildiriblər ki, soyuducu onların özlərinə lazımdır.
Bundan sonra Şon Spayser axşamın düşməsini və işçilərin Ağ Evi tərk etməsini gözləyərək soyuducunu özüylə aparıb. Ağ Evdəki mənbələr bildiriblər ki, təxminən axşam saat 8 radələrində Şon Spayseri soyuducunu pilləkənlərlə aşağı küçəyə tərəf aparanda görüblər. Bu hadisəni həmin gün işdə ləngiyən Ağ Ev əməkdaşlarından biri görüb. İşçilər səhər işə gələndə soyuducu yerində olmayıb. Həmin soyuducu Spayserin Ağ Evdə işə başlamasından bir ay sonra alınıbmış.
Xəbər verildiyi kimi Şon Spayser prezient Donald Trampla fikir ayrılığına görə işdən çıxıb. Onun Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Entoni Skaramuççinin təyinatına etiraz etdiyi bildirilir. 45 yaşlı keçmiş Hərbi Dəniz Qüvvələri zabitini işdən çıxarkən Ağ Evdən soyuducu oğurlamağa vadar edən səbəblər məlum deyil, Spayserin özü də xəbər yayılandan bu yana soyuducu məsələsi ilə bağlı heç bir şərh verməyib.

Trampın mətbuat katibinin Ağ Evdən soyuducu oğurlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. İstifadəçilər Spayseri ələ salan çoxsaylı kommentlər və fotomontajlar paylaşıblar. Yazar İvan Hernandez Tvitter-də yazıb ki, Spayserin Ağ Evdən soyuducu oğurlayarkən çəkilmiş fotoşəklinə 1 milyon dollar ödəməyə hazırdır.
Qeyd edək ki, Şon Spayserin Ağ Evin mətbuat katibi kimi təxminən 6 aylıq işi zamanı onunla jurnalistlər arasında dəfələrlə qalmaqallar yaranıb, Spayser jurnalistlərin dolaşıq sualları qarşısında dəfələrlə çaşıb, ziddiyətli bəyanatlar verib. O, jurnalistləri "YouTube-də məşhurlaşmaq üçün dolaşıq suallar verməkdə" ittiham edirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1238   Tarix: 23 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1249
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 752
.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 109
.

Azərbaycanda general vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib. Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru al

10:43 534
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 746
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 202
.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

14:15 158
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 259
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505