Dövlət qurumlarında təyinat gözləyən yüksək vəzifələr – SİYAHI

Dövlət qurumlarında təyinat gözləyən yüksək vəzifələr – SİYAHISon vaxtlar Azərbaycanda bir neçə məmur vəzifəsindən kənarlaşdırılıb. Bəzi məmurlar isə struktur islahatları zamanı öz postu ilə vidalaşmalı olublar.

Modern.az saytı ayrı-ayrı dövlət qurumlarında boş qalan yüksək vəzifə yerlərini dəqiqləşdirməyə çalışıb.

Hazırda Prezident Administrasiyasında bir neçə belə vəzifə təyinat gözləyir. Dövlət başçısı İlham Əliyevin bu il iyunun 1-də struktur islahatları ilə əlaqədar imzaladığı sərəncamlardan irəli gələrək, Prezident Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçi – şöbə müdiri Kamal Abdulla, Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tutduqları vəzifələrdən azad olundular.

Kamal Abdulla bundan sonra Azərbaycan Dillər Universitetinin rektoru təyin edildi.

Struktur islahatları nəticəsində Prezident Administrasiyasında İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də yaradıldı.

Hər üç şöbəyə müdir təyinatı hələ ki gerçəkləşməyib.

İyunun 8-də günorta saatlarında İstanbulun "Florence Nightingale" klinikasında Azərbaycanın energetika naziri Natiq Əliyev vəfat edib. Onun yerinə isə hələlik heç bir təyinat olmayıb. Yeni energetika nazirinin kim olacağı maraq doğurur.

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad edilib.
İbrahim Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb "Sovetski"dəki Hacı Cavad məscidinin söküntüsü olub.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısının tapşırığının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar verildiyini deyib.

"Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib", – deyə Əli Həsənov qeyd edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilib.

İbrahim Mehdiyevin yerinə hələlik heç bir təyinat yoxdur.

Ölkə başçısının 11 iyulda imzaladığı sərəncamla Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Buna səbəb isə Novruzəli Orucovun oğlu Rüstəm Orucovun avtobus sürücüsünə qarşı xuliqanlıq etməsi olub.

Bu vəzifəyə də heç bir təyinat olmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1007   Tarix: 18 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497