TƏCİLİ! Naxçıvanlı iş adamını oğurladılar - GÖRÜN HARADA

TƏCİLİ! Naxçıvanlı iş adamını oğurladılar - GÖRÜN HARADA

Əslən Naxçıvan şəhərindən olan 1971-ci il təvəllüdlü Ruslan Mirzəyev adlı azərbaycanlı iş adamı Ukraynada itkin düşüb.

BiG.AZ xəbər verir ki, bu barədə ölkə.az-a Ukraynadakı Azərbaycan diasporundan məlumat verilib.

Məlumata görə, Ukraynanın Luqansk vilayətinin Zorinsk şəhərində yaşayan Ruslan Mirzəyev ötən həftə evdən Kiyevə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Həmin vaxtdan sonra onunla bütün əlaqələr kəsilib.

Luqansk polisi itkin düşən Ruslan Mirzəyevin axtarışına başlayıb. Onun Ukraynadakı cinayətkar qruplar tərəfindən oğurlanması istisna edilmir.
Diaspordan bildirilib ki, Ruslan Mirzəyev uzun müddətdən bəri Ukraynada yaşayır və kənd təsərrüfatı biznesi ilə məşğul olur.

Xatırladaq ki, son bir ildə Ukraynada azərbaycanlı iş adamlarının və yaxud onların övladlarının itkin düşməsi və oğurlanması halları mütəmadi hal alıb. Bu müddət ərzində 25-dən çox azərbaycanlının yoxa çıxması faktı aşkarlanıb. Bununla bağlı Ukrayna Baş Prokurorluğunda ötən il cinayət işi başlanılsa da, hələlik nəticə yoxdur.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1368 Tarix: 17.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər