Azərbaycanlı reperin ölümünün təfərrüatları - "Studiyası onu məhv elədi"

Azərbaycanlı reperin ölümünün təfərrüatları - "Studiyası onu məhv elədi"ARB TV-nin "Yolun sonu" verilişi bu dəfə tanınmış reper Rüfət Ryderin (Əfəndiyev) xatirəsinə həsr olunub.

BiG.AZ Axşam.az-a istinadən verilişdən maraqlı anları təqdim edir:

Ramil Nabran: "Qərar verdik ki, bir qrup yaradaq. Başladıq komandanı yığmağa. Sonradan qrupa Rüfət gəldi. Arıq, eynəkli, kompleksi olan oğlan idi. Gəlib ikinci mahnını gətirdi və uğurlu oldu. Musiqi yarışmasına bizi dəvət etdilər. Azərbaycanda ilk dəfə olaraq alternativ rep havası yarandı. Əsas öndə gedən qruplardan biri idik. Bunun səbəbi Rüfət idi. Rüfət öləndən sonra qrupda həmin atmosfer yox idi. Özüm çıxmağa qərar verdim. Rüfət öləndən sonra açıb baxıblar ki, ürəyinin bir damarı işləmirdi. Onun ölümü məni şoka saldı".

Fərid Eminov (Qurd): "İdeyanı mən vermişdim. Rüfətin güclü söz yazmaq qabiliyyəti var idi. Çox aranjimançılar oğurlayırlar. Amma Rüfət bunu özü yaradırdı. Bizim aramızda ən mülayimi Rüfət idi. Onun ölümünə 1 il qalmış, qrupdan çıxmışdım. Sənəti atmışdım. Səbəb olaraq maraq görmürdüm. O, qapalı yerdə çox otururdu. Səbəblərdən biri bu idi. Çox siqaret çəkirdi. Biz onu sonradan bildik. Rüfət üçün klip çəkmək qərarına gəldik".

Sahib Cumayev (dostu): "Qrup şəklində fəaliyyət göstərirdilər. Sonra qrupda Azər adlı oğlan mənə müraciət etdi ki, studiya lazımdır. Mahnılarımızı yazmaq üçün. Bu minvalla görüşüb yaxınlaşdıq. Qrupun mahnılarını özü yazırdı. Çox talantlı uşaq idi. Rüfətlə birgə studiya götürdük. Həmin gün görüşdük. Rüfət məni bərk qucaqladı. Bir az keçəndən sora gördüm ki, ürəyi çox pis döyünür. Xəstəxanaya apardım, qalmaq istəmədi orada. Dedi ki, gedək bulvara gəzək. Nə qədər desəm də, qulaq asmadı. Bir az keçəndən sonra gördüm Rüfət əsir. Evə aparanda yolda işıqforda güzgüdən arxaya baxıb gördüm ki, Rüfət keçinib".

Roza Zərgərli: "Bizi Ramil tanış edib dedi ki, onda yaxşı mahnılar var. Beləcə tanış olub görüşdük. "Sənə əlvida", "Tap", "Mənimlə mənsiz" kimi mahnılarımı Rüfət yazıb. Fuad Əlişov Rüfəti görüb dedi ki, sənin klipində bu oğlan oynasın. Rüfət bu gün sağ olsaydı, gənc bəstəkarların içində bir nömrə idi. Rüfətin ölümü ilə özlərini reklam edənlər var idi. Anası məni qucaqlayıb dedi ki, bilirəm sən reklam etmirsən, içindən gəlir. O qrup Rüfətin sayəsində tanınırdı, ayaqda qalırdı. Rüfətin sayəsində çox ifaçı tanındı. Onun siqaret çəkməsini bilmirdim, günün 12 saatını birlikdə olurduq. Studiyası onu məhv elədi".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5530   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254