"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi - BORCA GÖRƏ

"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi - BORCA GÖRƏİstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan "Bank of Baku" ən yüksək faiz siyasəti ilə bank sektorunda "ad çıxarıb". Azxeber.com-un verdiyi xəbərə görə, kasıbına, varlısına, xəstəsinə, sağlamına məhəl qoymayan bank bu dəfə müharibə iştirakçısı, şəhid yoldaşı, 4 uşaq anası Simuzər Ağakişiyevanı çıxılmaz vəziyyətdə qoyub.

Bu haqda jurnalist, astroloq Səbuhi Rəhimli sosial şəbəkədə paylaşdığı statusunda bildirir:
"Mənim Simuzər Agakişiyeva adlı bir kurs yoldaşım vardı. 1992-ci ildə çox kişilər tuman altında gizlənəndə o, mərdlik nümunəsi göstərərək könüllü surətdə cəbhəyə yollanmışdı, Abdal-Gülablıda rəşadət göstərmişdi. Dəqiq nişançı idi, bir gülləsi də hədəfdən yayınmırdı. 4 dəfə düşmənlə açıq döyüşdə həlledici rol oynamışdı.

İndi o 4 uşaq anasıdır, müharibə acısı yaşayır, övladının birinin müşkül halını dirçəltmək üçün ömrünü xərcləyir. Üstəlik, şəhid ailəsidir.
Bu gün Simuzər xanım Bank of Baku tərəfindən məhkəməyə verilib. Ödəyib bitirdiyi kreditin bitmədiyini "əsas" gətirib ona yenidən ödəniş etdirməyə çalışırlar. Hər halda özü and-aman edir ki, bu təhdidlər haqsızdır. Gəlin, laqeyd qalmayaq, onun haqqını tanıyaq. Elə bilirsiniz belə qadınlar bizdə çoxdur?".

Qeyd edək ki, bir neçə gün əvvəl də ləğv olunmuş "Para Bank"ın əsasında yaradılan kredit təşkilatı aprel şəhidi aprel şəhidimiz Xaliq Əzizzadənin anasını məhkəməyə vermiş və cəmiyyət tərəfindən böyük təpki ilə qarşılanmışdı. Nəhayət Birinci vitse prezident Mehriban xanım Əliyevanın müdaxiləsi ilə şəhid ailəsinin borcu bağışlanmışdı.
"Bank of Baku"ya gəldikdə isə anoloji hadisə ilk dəfə deyil. Oxşar hadisə ötən il də qeydə alınmışdı.

"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi - BORCA GÖRƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1466   Tarix: 24 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 798
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 340
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 224
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 1197
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 752
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226