Bakıda mənzil qiymətləri dəyişdi

Bakıda mənzil qiymətləri dəyişdi

Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.

BiG.AZ xəbər verir ki, belə bir açıqlama ilə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov çıxış edib.

O bildirib ki, may ayında təkrar mənzil bazarındakı qiymətlərdə 3,81 faiz artım qeydə alınıb. İl ərzində isə qiymət artımı 6,73 faiz təşkil edib.

N.İbrahimov qeyd edib ki, ilkin mənzil bazarında da ötən ay qiymətlər artıb. Bu artım 5,4 faiz təşkil edir: “İl ərzində isə ilkin mənzil bazarında 23,66 faiz artım qeydə alınıb”.

Ekspert bildirib ki, yaz aylarında, adətən, daşınmaz əmlak bazarında aktivlik artır və qiymətlərdə bahalaşma müşahidə olunur: “Ancaq yay aylarında qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.

mənbə: trend

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1446 Tarix: 19.06.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər