Kürün məcrası dəyişdirilir?

Kürün məcrası dəyişdirilir?"Türkiyədə hidroelektrik stansiyasının tikintisi ilə əlaqədar Kür çayı məcrasının dəyişdiriləcəyi barədə məlumatlar yalandır. Türkiyə yalnız Kürün həmin ölkənin ərazisində formalaşan 1 milyard kubmetr suyun 285 milyon kubmetrini energetika məqsədləri üçün istifadə etmək fikrindədir". Bu açıqlamanı APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Abdülhəsənov verib. Onun sözlərinə görə, Türkiyənin Kür çayının suyunun bir hissəsinin energetika ehtiyatları və kənd təsərrüfatı üçün istifadə layihəsi mövcuddur: "Hazırda Türkiyənin müvafiq idarələri tərəfindən bu layihənin iqtisadi əsaslandırılması üzərində iş gedir. Bununla bağlı Kür layihəsinin baş planı hazırlanıb. Nazirlik aidiyyəti dövlət qurumları ilə bu məsələni araşdırıb. Müəyyən olunub ki, layihə gerçəkləşərsə, onun Azərbaycana heç bir təsiri, fəsadı olmayacaq".

M. Abdülhəsənov bildirib ki, çox illik hidroloji məlumatlara əsasən, Azərbaycana daxil olan suyun miqdarı 2,17 milyard kubmetrdir. Amma Türkiyə-Gürcüstan sərhədində bu rəqəm 1 milyard kubmetr təşkil edir: "Kürün suyundan 285 milyon kubmetr götürülsə, bu ölkəmizin su ehtiyatlarına, ekosistemin digər sahələrinə heç bir fəsad törətməyəcək və heç bir təsir ehtimalı da yoxdur. İstənilən halda bu, Türkiyənin suveren hüququdur. Dövlət öz ərazisində formalaşan su ehtiyatlarının 50 faizinə qədərini istifadə etmək səlahiyyətinə malikdir. Beynəlxalq konvensiyalar da bu hüququ təsdiqləyib" .

Sektor müdiri deyib ki, beynəlxalq konvensiyanın tələblərinə əsasən, bu cür layihələr bölgədə yerləşən digər ölkələrlə razılaşdırılır və qərar qəbul edilir: "Hazırda bu istiqamətdə işlər gedir. Azərbaycanın dövləti, o cümlədən ekologiya və təbii sərvətlər naziri də bu istiqamətdə müzakirələrdə iştirak edəcək və ölkəmizin maraqları təmin olunacaq. Hələlik bununla bağlı Türkiyə tərəfindən Azərbaycana konkret məlumat daxil olmayıb".

M. Abdülhəsənov Türkiyə tərəfinin atacağı addımın Mingəçevir su elektrik stansiyasının fəaliyyətinə heç bir təsir göstərməyəcəyini deyib: "Həmin stansiyanın yerləşdiyi su anbarında 9 milyarda kubmetrə qədər su olmalıdır. Amma orada 15 milyard kubmetrə qədər su var. Bu istənilən qədər su ehtiyatı deməkdir".

"Kür çayının quruma təhlükəsinə qarşı Gürcüstanla ortaq addım atmaq üçün şifahi razılıq əldə etmişik". Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Cümhuriyyət Xalq Partiyasından Ərdahan millət vəkili Ənsar Öyüt verib. Türkiyədəki "Beşikkaya" hidroelektrik stansiyasının inşasının Kür çayını qurudacağı təhlükəsinə diqqəti cəlb edən millət vəkili məsələ ilə bağlı Azərbaycanı daha aktiv olmağa çağırıb.

"Beşikkaya hidroelektrik stansiyasının inşasının başlaması üçün tender keçirilib, hazırlıq işləri tamamlanıb. Əgər stansiyanın tikintisinə başlanarsa, Kür çayının suyunun bir hissəsi Qara dənizə töküləcək ki, bu da Kür çayında suyun azalmasına və hətta yay aylarında çayın bəzi yerlərinin qurumasına səbəb ola bilər. Gürcüstan da bundan narahatdır. Biz keçən həftə Tiflisdə Gürcüstan prezidenti, Məclis sədri, 2 nazir və millət vəkilləri ilə bu məsələni ətraflı müzakirə etdik. Şifahi olaraq belə bir razılıq əldə etdik ki, Türkiyə Gürcüstan ərazisində yeni bir hidroelektrik stansiyası tiksin və orda istehsal edilən enerjinin bir qismi Türkiyəyə verilsin. Bu zaman Beşikkaya layihəsi həyata keçirilməyə bilər və Kür çayının suyunun azalma və quruma təhlükəsi aradan qalxar. Türkiyə ilə Sovet İttifaqı arasında 8 yanvar 1927-ci ildə imzalanmış sazişə görə, Kür çayı beynəlxalq çay sayılır və o vaxt SSRİ-nin tərkibində olan, indi isə müstəqil Gürcüstan və Azərbaycanın da sərvətidir. Ona görə də mən Gürcüstanın bu etirazına Azərbaycanın da daha fəal şəkildə qoşulmasının tərəfdarıyam. Əgər Beşikkaya hidroelektrik stansiyasının tikintisinə başlansa, bu, Kür çayının aqibəti və Gürcüstan və Azərbaycanın su ehtiyatları baxımından fəlakətə səbəb ola bilər. Gələn həftə azərbaycanlı qardaşlarımızla da bu məsələ barədə ətraflı danışacağıq".

Gürcüstan parlamentinin komitə sədri Vaxtanq Balavadze Türkiyədə hidroelektrik stansiyasının tikintisi ilə əlaqədar Kür çayı məcrasının dəyişdiriləcəyi barədə iddiaları təkzib edib. APA-nın "Новости-Грузия" agentliyinə istinadən verdiyi məlumata görə, bir qədər öncə bəzi gürcü kütləvi informasiya vasitələri Türkiyə-Gürcüstan danışıqlarında bu məsələnin müzakirə edildiyini və nəticədə Kürün Qara dənizə axıdılacağı haqda ümumi qərarın qəbul edildiyi haqda məlumat yayıblar. Balavadze deyir ki, Türkiyə tərəfi ilə stansiyanın tikintisi müzakirə edilib, amma Kürün məcrasının dəyişdirilməsi barədə söhbət getməyib. Bununla belə millət vəkili etiraf edib ki, bir neçə il öncə Kür çayı məcrasının dəyişdirilməsi variantı götür-qoy edilib, amma son nəticədə qərar qəbul edilməyib.

Qeyd edək ki, Tiflisdə nəşr olunan "Rezonansi" qəzeti Ərdəham vilayətində "Beşikkaya" su elektrik stansiyasının tikintisi ilə əlaqədar Kür çayının məcrasının dəyişdiriləcəyi, çayın Qara dənizə axıdılacağı, nəticədə bu çayın daha Azərbaycan və Gürcüstan ərazisindən axmayacağı barədə xəbər yayıb. Qəzet bu məsələnin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Gürcüstan prezidenti Mixail Saakaşvili arasında müzakirə olunduğunu bildirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3927   Tarix: 29 dekabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC məlumat yayıb

26.04.2024 180
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26.04.2024 688
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

26.04.2024 816
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 570
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 411
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

26.04.2024 199
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 467
.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 218
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

26.04.2024 116