Bakıda avtobus sürücüsündən növbəti özbaşınalıq — VİDEO

Bakıda avtobus sürücüsündən növbəti özbaşınalıq — VİDEOBu gün axşam saatlarında Bakıda sərnişin avtobusu sürücüsünün kobud qayda pozuntusu qeydə alınıb.

BiG.AZ xəbər verir ki, hadisə Azadlıq prospekti və Ənvər Qasımzadə küçəsinin kəsişməsində qeydə alınıb. Tanınmış jurnalist Mahir Məmmədlinin Ölkə.Az-a verdiyi məlumata görə, həmin ərazidə 85 saylı avtobusun sürücüsü öbaşınalıq edərək yol kəsişməsində böyük problem yaradıb. Sürücü qarşıda avtomobil sıxlığını görə-görə, hərəkət edərək qarşı yoldakı maşınların yolunu bağlayıb.

"Görür ki, qabaqdakı maşınlar yolayrıcında "ilişib", amma yenə sürür. Yaşıl işığın son saniyələri yanır, bu da bilir ki, qabaqda yolu bağlayacaq. Yenə də öz bildiyini edir", - deyə Mahir Məmmədli bildirib.

Qeyd edək ki, son günlər sərnişin avtobuslarının yol qaydalarını pozması ilə bağlı faktlar da çoxalıb. Sosial şəbəkələrdə və KİV-də yayımlanan foto və videolara əsaslanaraq, deyə bilərik ki, belə hallar məhz avtobus sürücülərinin birbaşa özbaşınalığı ilə bağlıdır. Bir çox hallarda isə bildirilir ki, avtobus sürücülərinin belə qayda pozuntularına yol polisləri müdaxil əetmirlər. İttihamlara görə, yol polisləri ya onlarla bacarmırlar. Yaxud da bu barədə tədbir görmək istəmirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Ölkə.Az-a bildirdi ki, əslində avtobus sürücülərinin bütün qayda pozuntuları qeydə alınır və bu barədə mütləq tədbirlrə görülür. Onun sözlərinə görə, bu video barədə də mütləq müvafiq tədbir görüləcək.

"Azərbaycanda "Yol Hərəkəti Haqqında" Qanunun tələbinə əsasən yol ayrıclarının keçmə tələbləri var. Yol ayrıcları nizamlanan və ya nizamlanmayan olur. Söhbət bu videodan, nizamlanan keçmə qaydasından gedirsə, burada da xüsusi amillər nəzərə alınmalıdır. İşıqforun yaşıl işığı yanarsa, avtmobil qarşı tərəfə hərəkət edərkən yol ayrıcında dayanmağa məcbur olacaqsa, yəni qarşı tərəfdə sıxlıq yaranıbsa, sürücü "svetafor"un işığından asılı olmayaraq yol ayrıcına daxil olmamalıdır. Qanun deyir ki, əgər yolların kəsişmə hissəsində hər hansı istiqamətdə sıxlıq yaranıbsa, maşınlar da tərpənməz vəziyyətdə qalıbsa, həmin istiqamətlər üzrə işıqforun siqnallarından asılı olmayaraq sürücü hərəkət etməməlidir. Bu birmənalı olaraq belədir". – deyə V.Əsədov bildirib.

Qurum rəsmisi yol polisi haqqında səslənən iradlarla razılaşmadığını deyir:

"Bu gün qanunların icrasına nəzarətin gücləndiyi bir dövrdə "yol polisi sərnişin avtobusu sürücülərilə bacarmır" kəlməsi yalan ifadədir! Bu gün yol hərəkəti haqqında qanunun tələbi yerinə yetirilməlidir. Bu baxımdan nəzarət də güclüdür və heç kimə də güzəştə gedilmir. Avtobus sürücüləri ərazidə polis olmadığını görüb və nəzarətsizlik olduğunu hiss edərək istədiyi kimi qayda poza bilər. Lakin Bakı şəhərində hərəkəti izləyən və təbii görmə şəraiti yaradan kameralar var. Sürücülər elə zənn edirlər ki, ərazidə polis yoxdur, istədiklərini edəcəklər. Əslində etdikləri hərəkətləri kameralar qeydə alır və bütün qanunsuz əməllərə görə barələrində tədbirlər görülür".

Vaqif Əsədov deyir ki, bu ilin 2 ayında avtobus sürücülərinin qayda pozması faktı ilə bağlı çoxlu protokollar tərtib edilib və onlar barədə tədbirlər görülür:

"Bu 50 gündə avtobus sürücülərilə bağlı 300-ə yaxın protokol yazılıb. Müxtəlif törədilən xətalarla bağlı qayda pozuntuları qeydə alınıb. Eyni zamanda Mərkəzi Məlumat Sistemi ilə bağlı çoxlu sayda elektron protokol tərtib edilib. Əhali arasında MMX kimi deyilən inzibati tənbeh tədbirləri görülüb.

Yəni ərazidə polis yox. Avtobus sürücüsü də baxır ki, heç kim yoxdur, qaydanı pozur. Elə bilir ki, onu görən yoxdur. Sadə vətəndaş da kənardan baxır ki, polis yoxdur, avtobus sürücü də istədiyini edir. Əslində isə onun hərəkətləri çəkilir və barəsində tədbir görülür./olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1520   Tarix: 20 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568