"Zeynəbin səsi yoxdur" deyən Floranın çıxışına QADAĞA QOYULDU

"Zeynəbin səsi yoxdur" deyən Floranın çıxışına QADAĞA QOYULDU

Yerli telekanallar Flora Kərimovaya qadağa qoyub.

İstiPress-ə açıqlama verən xalq artisti bu sifarişin Zeynəb Xanlarova tərəfindən gəldiyini bildirib:

"Zeynəb Xanlarova məndən uşaq kimi şikayət edib. Cürəti çatmır ki, mənimlə danışsın, suallarıma cavab versin, kişi kimi mənimlə döyüşsün. Amma əlaltı məndən ora bura şikayət edir".

İstiPress yerli telekanalların bir xalq artistinə qadağa qoyulması məsələsi ilə bağlı bir sıra mədəniyyət işçiləri ilə bağlı sorğu keçirib.

Mələkxanım Eyyubova: "Məni rahat buraxın. Mən heç birinin işinə qarışmıram. Mənə sənətimlə bağlı sual verin".

Zöhrə Abdullayeva: "Mən heç nə bilmirəm. Bu haqda heç nə eşitməmişəm. Mənim bu iki dahi sənətkar haqda fikir söyləməyə səlahiyyətim çatmır".

Aybəniz Haşımova: "Xəbərim yoxdur. Bütün günü dərslərdəyəm. Bəlkə yalan məlumatdır. Ola bilsin Flora xanıma yalan məlumat veriblər. O, xalqımızın dəyərli sənətkarıdır. Ona heç kəs qadağa qoymaz. Bunu ara vuranlar yalan məlumat verə bilər. Mən belə xəbərə inanmıram".

Bilal Əliyev: "Mənim heç nədən xəbərim yoxdur. Mən namaz üstündə idim. Məni namazdan ayırdınız. Siz ümumiyyətlə belə söhbətə məni niyə qatırsınız? Mənə sənətimlə bağlı sual verin. Məni camaatla üz-üzə qoymaq istəyirsiniz? Mən onların işinə qarışa bilmərəm. Özləri öz işlərini bilirlər".
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 10537 Tarix: 11.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Nasif26
Nasif26 12.01.2017
eceb olur


 
MEXX
MEXX 12.01.2017
Adama deyerlerki ,ay Flora xanım bu nə sözdü axı deyirsən özündə kimə?
Aglın getmesin İlhamə x.ma
yaşlandıqca agbirçək olmadqan bizimkilər yaşlandıqca özlərin unudurlar.
Səsin beyensemde elə sen dediyin sözə görə düz edib efirdə görünməsən yaxşı


 
feti
feti 12.01.2017
o gozel sese qadaga qoymaq gunahdir Sizi cox sevirem Flora xanim heyif o senetcilere ki oz sozlerini senetde deye bilse de insanliqda deye bilmirler


 
A_F_I_N_A
A_F_I_N_A 11.01.2017
Her iki mugenni senetde sozlerini deyibler,
indi aralarinda ne baw verirse bizlik deyil.
Flora xanimin cixiwina qadaga qoyulmasini
duzgun hesab etmirem. Bu ahil yawdada
Flora xanimin sesi hec kimde yoxdur,
biz qadaga yox bu sesi ucaltmaliyiq.

Xeberin Muellifi Melumat ucun Cox Sag ol.


 
tansu
tansu 11.01.2017
Pensiya yaşını artıran zeynebdi de .zehlemgetmiş
Memmedbagır Bagırzade,,,QUBALI QIZ,,,

 
ULUSH
ULUSH 11.01.2017
Hamisi deyir ki bilmirem cox guluncdu
reana
reana 11.01.2017
lap yaxsi edibler ki, floraya qadaga qoyublar/ne isi var zeyneb xanlarova ile,,oz isi ile niye mesgul olmur.artistdir gah siyasete qarisir gah kime ise..mahnisini oxuyub otursun yerinde qoca adamdir bir olende allah rehmet etsin alsin
Tanner
Tanner 11.01.2017
Bilal bey, Namazin qilinma suresi en cox 5 deqiqe en az 3 deqiqedir, yeni telesiye dusdukde minimum 3 deqiqeye 1 Namazi qilmaq olar, sizi Namazdan ayirmaqla ne edibler maraqlidir ? tepikle filan vurub elemiyibler goresen ? Namazini qilibda suallari cavablandira bilerdiz, Namazi bu islere qatmayin xahis edirem :)


 
pryanka
pryanka 11.01.2017
Zeyneb xanim gozel senetkardi seside var ozude hec zaman yersiz hereket etmir


 
DUZLU_NIK
DUZLU_NIK 11.01.2017
Ewiddiyime gore Zeyneb xanim elede yaxci insan deyil. Ancaq sesi var , kim dese yoxdur paxilliqdan deyir.
!!!